“Araz” supermarketlər şəbəkəsi gənclər üçün təcrübə proqramını davam etdirir
(®) “Araz” supermarketlər şəbəkəsinin “Araz” Akademiyası “Karyerada ilk addım” təcrübə proqramını davam etdirir.
2022-ci ildən etibarən keçirilən proqramda indiyədək 220-dən çox gənc iştirak edib. 2022-ci ildə 33, 2023-cü ildə 71, 2024-cü ildə isə 117 nəfər proqram üzrə məzun olub. Onlar insan resursları, maliyyə-mühasibatlıq, keyfiyyətə nəzarət, stokun idarə edilməsi, marketinq, İT kimi müxtəlif strukturlarda təcrübə keçiblər. Ödənişli təcrübə proqramına qoşulan 76 nəfər şirkətdə müvafiq strukturlarda işlə təmin edilib.
Təcrübə proqramının keçirilməsində məqsəd ölkəmizdə kadr potensialının inkişaf etdirilməsinə töhfə vermək, ali təhsilli gənclərin peşəkar iş mühitində təcrübə toplamasına imkan yaratmaq, onların məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. Layihə gənclərə pərakəndə ticarət sektorunda müxtəlif sahələrdə işləməyi öyrənmək və təcrübə əldə etmək imkanı verir.
“Araz” Akademiyasına qoşulan gənclərə ilkin mərhələdə təlimlər keçirilir, daha sonra onlar şirkətin müxtəlif strukturlarında təcrübəyə cəlb edilirlər. İş həyatına “Araz”da başlayan gənclər şirkətin müxtəlif layihələrində və gündəlik əməliyyatlarında iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirirlər. Həmçinin “Araz”da karyera yüksəlişinə nail olmaq üçün ilk addımlarını atmış olurlar.
Akademiyanın “Karyerada ilk addım” təcrübə proqramına növbəti qəbul 15 sentyabr tarixinədək davam edəcək. Proqramda iştirak etmək istəyən ali təhsilli gənclər CV formalarını “Karyerada ilk addım” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkə əhalisinin məşğulluğunun təmin edilməsinə, əmək bazarında peşəkar kadrların hazırlanmasında fəal iştirak edir. Bu məqsədlə 11 000-dən çox əməkdaşı olan şirkət onların karyera və şəxsi inkişafı üçün müxtəlif layihələr, təcrübə proqramları həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)

