"Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurasına yeni sədr təyin edilib
Dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan “ ASC-nin Müşahidə Şurasına yeni təyinat olub.
Bu barədə Marja-ya Bankdan bildirilib.
Qeyd edilib ki, dövri yerdəyişmə planına uyğun olaraq “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının sədri Himmet Aksoy öz vəzifəsini Hüseyin Özuysala təhvil verib.
Hüseyin Özuysal peşəkar karyerasına 1994-cü ildən T.C. Ziraat Bankası A.Ş.-də başlayıb. Uzun illər bankda departament rəhbəri, qrup rəhbəri kimi vəzifələrdə çalışan Özuysal, hazırda T.C. Ziraat Bankası A.Ş.-in İnsan Resursları üzrə İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır və bank sahəsində zəngin təcrübəyə malikdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)






.jpg)


