"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bir sıra məsələlər ilə yanaşı, Bankın Müşahidə Şurasının tərkibi təsdiq ediləcək.17 sentyabr 2024-cü il tarixdə "Bank Respublika"ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2024-cü ilin birinci yarımili üzrə Kənar audit yoxlamasının nəticələri haqqında.
4. "Bank Respublika" ASC-də Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında.
Yığıncaq Bakı şəhəri, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.
Qeyd edək ki, hazırda "Bank Respublika" ASC-da Müşahidə Şurasının sədri Şakir Rəhimov, Müşahidə Şurasının üzvləri Yohannes Meynhardt, Elçin Quliyev, İrina Şmidt və Steffan Karstendir.
"Bank Respublika" ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov, İdarə Heyəti sədrinin müavinləri Elnur Həsənov və Aslan Abasovdur.
31 dekabr 2023-cü il tarixində "Bank Respublika" ASC-nin səhmdarları Quliyev Natiq Saday oğlu (63.32%), Quliyev Elçin Saday oğlu (18.46%), Quliyev Namiq Saday oğlu (8.47%), Rəhimov Şakir Xəyyam oğlu (5.45%), SIDT (Sparkassen International Development Trust GmbH) (4.22%) və digərləri (0.08%) olub. Bankın son nəzarətedici tərəfi cənab Quliyev Natiq Saday oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)




