Səsdən sürətli təyyarə uçuşları 5 il ərzində bərpa olunacaq
"Boom Supersonic" şirkətinin rəhbəri Bleyk Scholl-un sözlərinə görə, bu cür uçuşlara tələbat "çox yüksək" olacaq.Səsdən sürətli sərnişin təyyarələrinin kommersiya istismarı 20 ildən çox fasilədən sonra növbəti beş ildə bərpa oluna bilər.
Marja xəbər verir ki, bu barədə “Boom Supersonic” aerokosmik şirkətinin rəhbəri Bleyk Scholl Avropanın “Politico” nəşrinə bildirib.
Onun sözlərinə görə, "Boom Supersonic" tərəfindən hazırlanmış "Overture" səsdən sürətli təyyarənin sərnişin uçuşları beş il ərzində başlayacaq və belə uçuşlara tələbat "çox yüksək" olacaq.
Scholl bu bazar seqmentində "vəziyyəti əsaslı şəkildə dəyişdirməyə" ümid edir. Nəşrdə qeyd edilib, "Overture" Atlantik okeanı üzərində uçuş vaxtını yarıya endirməyə imkan verəcək. Təyyarənin 64-dən 80-ə qədər oturacaq yeri olacaq və bilet qiymətləri təxminən 5 min dollar təşkil edəcək. Şirkət artıq United Airlines, American Airlines və Japan Airlines kimi aviaşirkətlərdən 130 sifariş və əvvəlcədən sifariş alıb.
2000-ci ildə 203 sərnişinin ölümünə səbəb olan "Concorde" qəzasından bəri səsdən sürətli təyyarələrin təhlükəsizliyi ilə bağlı bir sıra sənaye narahatlıqları var. Scholl iddia edir ki, yeni inkişaflar "Concorde" faciəsi kimi "insidentlərin baş vermə ehtimalını aradan qaldıracaq".
Müasir sərnişin təyyarələri 900 km/saat sürətlə uçur. Səsdən sürətli sərnişin təyyarələri 2100 km/saat sürətə çata bilirdi. Onların kommersiya fəaliyyəti 2003-cü ildə təhlükəsizliklə bağlı narahatlıqlara görə dayandırılmışdır.
Vaxtilə sərnişin daşımaları səsdən sürətli yalnız 2 təyyarədə - Sovet istehsalı "Tu-144" və İngiltərə-Fransa istehsalı "Concorde" vasitəsilə həyata keçirildi.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 d. əvvəl
-
25 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
33 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 51 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı





.jpg)









.jpg)





