"MÜSİAD Azərbaycan" qeyri-qida sektorundakı çatışmazlıqların aradan qaldırılması üçün təkliflərini dilə gətirib
"İdxal olunan qeyri-qida məhsulların standartın tələblərinə uyğunluğuna nəzarətin demək olar ki, olmamasının təhlükəsizlik baxımından təhdid olduğu qənaətindəyik"."MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli Azərbaycan Standartlaşdırma İnstitunun rəhbəri İlham Bayramov və bərabərindəki heyətlə görüşüb.
Bu barədə Rəşad Cabirli "X" sosial şəbəkəsinin hesabında məlumat paylaşıb.
"Görüş zamanı geniş fikir mübadiləsi aparıldı, təqdimatlar dinlənildi, əməkdaşlıq perspektivlərini müzakirə etdik. Qeyri-qida sektorunda mövcud çatışmazlıqların aradan qaldırılması üçün təkliflərimizi dilə gətirdik. Qida sahəsində olduğu kimi qeyri qida sektorunda da təkmilləşdirilmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qeyri-qida məhsullarının təhlükəsizliyi olduqca önəmlidir.Xüsusilə öllkəmizə idxal olunan məhsulların standartın tələblərinə uyğunluğuna nəzarətin demək olar ki, olmamasının təhlükəsizlik baxımından təhdid olduğu qənaətindəyik. Bu isə öz növbəsində sağlam rəqabət mühitin formalaşmasına da ciddi təsir edir. Eyni zamanda itehlakçılar arasında standartlaşma ilə bağlı maarifliliyin artırılması istiqamətində bəzi addımlar atılması gərəkdiyini düşünürük.
Ötən il dövlət başçımız tərəfindən təsdiq olunmuş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə aidiyyatı dövlət qurumlarımızın qarşısında duran önəmli bir məsələ olduğunu göstərir.
Azərbaycan Milli Standartlaşma İnstitutu ötən 2 il ərzində ciddi məsafələr qət etmişdir. İnanırıq ki, qısa zamanda qeyri-qida sektorunda da standartlaşmanınn təkmilləşdirilməsi baxımından müsbət dinamikaların şahidi olacıq.
Azərbaycan Milli Standartlaşma İnstitutunun rəhbəri İlham müəllimə və bərabərindəki heyətə təşəbbüslərindən və ziyarətlərindən dolayı təşəkkür edirik. MÜSİAD olaraq bizlər də bu proseslərdə fəal iştirak etməyə, beynəlxalq təcrübəmizi paylaşmağa, əlimizdən gələn dəstəyi verməyə hazırıq.",- Cabirli qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























