Biləsuvar sakini xaricə bildirçin əti ixrac etməyi planlaşdırır
Ənənəvi quşçuluq təsərrüfatları ilə yanaşı, bölgələrdə təbiətdən gətirilən əhilləşdirmə yolu ilə artırılan intensiv quşçuluq təsərrüfatlarının da sayı ilbəil artmaqdadır.
Biləsuvarın Ağalıkənd kənd sakini Taleh Zeynalov 6 aydır ki, bu maraqlı və gəlirli sahənin izinə düşüb.
İlk öncə, həyətində zövqlə yaratdığı kiçik fermaya öz şəxsi vəsaiti hesabına iki ədəd 10 min ədəd yumurta tutumlu inkubator aparatı alıb. Paytaxtdan əldə etdiyi 5000 ədəd Texas bildirçin yumurtası ilə fəaliyyətə başlayıb. Hələlik anası Dilbazi xanımla çalışdığı kiçik təsərrüfatında bildirçinlərin sayı 10 min başı ötüb.
“İki inkubatorumuz var və hər dəfə 5300 yumurta qoyuruq. 16 günə bala çıxır. Hazırda bizim 5 min ədəd kəsimə hazır olan, 15 günlük bildirçinlərimiz var. Beş min ədədi isə sabah çıxası vəziyyətdədir. İnşallah gələcəkdə xaricə Türkiyə, Gürcüstana ixracı planlaşdırırıq”, - deyə T.Zeynalov əlavə edib.
Bu sahənin inkişafı ilə bağlı böyük planlar hədəfləyən Taleh Zeynalov bəslədiyi bu sortun daha sərfəli olduğunu deyir: “İl ərzində bildirçin 300-dən artıq yumurta verir. Cinsi yetişkənliyə 40-45 gündə çatır. Artımı isə ev şəraitində yalnız inkubasiya yolu ilədir. Hazırda təmizlənmiş əti ədədlə 2 manata satılır. Bu, Texas sortudur və bildirçinlərin ən qəşəng sortudur. Bu ağ olduğuna görə əti də ağ, təmiz səliqəli olur. Qara bildirçinlərə baxanda bu çox gözəl ətyığma qabiliyyətinə malikdir. 30 günlük bildirçinləri mən kəsmişəm, 250-260 qrama qədər əti var”.
Yumurtası xeyirli olduğuna görə nitq qüsuru olan, danışmaqda çətinlik çəkən uşaqların valideynlərinin onlara müraciət etdiyin deyən Dilbazi Zeynalova təsərrüfatlarını genişləndirmək istədiklərini bildirib.
Qeyd edək ki, təsərrüfat sahibi dövlətdən güzəştli kredit əldə etməklə bildirçin sayını 50-100 min başa qədər artırmağı planlaşdırır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























