"Su qıtlığı var, Bakıda isə binalar şirin su yuyulur" iddiasına Bakı Abadlıq Xidmətindən reaksiya
Son günlər Bakıda bir sıra binaların fasad hissəsinin yuyulması zamanı hansı növ sudan istifadə edilməsi ilə bağlı ictimaiyyət arasında müzakirələr aparılır. Sosial şəbəkələrdə qeyd olunur ki, içməli su qıtlığı barədə danışılarkən binaların yuyulmasında belə suyun istifadəsi yolverilməzdir.
Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində binaların abadlaşdırılma məqsədi ilə yuyulması yüksək keyfiyyətli aparat vasitəsi ilə həyata keçirilir və bu aparatın su sərfiyyatı çox aşağıdır:
“Binaların yuyulma prosesi Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcud olan cihaz vasitəsilə həyata keçirilir. Cihaz su və həssas təmizlik üçün nəzərdə tutulan xüsusi maddələrin qarışığını 250-500 bar təzyiqi altında tətbiq edərək təmizləmə xüsusiyyətinə malikdir. Avadanlığın iş prinsipini açıqlamaqda məqsəd onun, zədələnmələri minimuma endirəcəyini, fasadların bərpasında tarixi görünüşü maksimum saxlaya biləcəyini, eyni zamanda abadlaşmada ekoloji təmizliyə üstünlük verildiyini göstərməkdir”.
Qurumdan onu da qeyd ediblər ki, binaların, memarlıq abidələrinin yuyulma prosesi həm distillə edilmiş, həm də texniki su ilə həyata keçirilir:
“Əgər binanın yaxınlığında su mənbəyi varsa şirin sudan istifadə olunur. Aparat çox bahalı olduğu üçün yalnız texniki sudan istifadə edilə bilməz, filtrləri tutular. Hazırda Heydər Əliyev prospektində işlər gedir və yaxınlıqda şirin su mənbəyi olmadığına görə texniki sudan istifadə olunur”.
“İstifadə olunan cihaz son model avadanlıq olduğuna görə su sərfiyyatı iki saata cəmi bir tondur. Suyu toz şəklində vurur. Brandspoyt aparatları belə çalışır, şlanqla vurulan sudan xeyli az su istifadə olunur. Başqa metoddan istifadə olunsa qat-qat çox su sərf olunacaq”, - deyə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.
Bildirilib ki, binaların yuyulması, memarlıq abidələrinin təmir-bərpa prosesi cavabdeh qurumların birbaşa nəzarəti altında həyata keçirilir, mütəxəssis rəyi ciddi nəzərə alınır:
“Hər bina özəl və həssas yanaşma tələb etdiyi üçün nümayişdən sonra peşəkarlarla bu yöndə işgüzar müzakirələr aparılır. Bu üsulun şəhərin mərkəzində olan bənzər problemlərin həllində mütəxəssislərə yardımçı olacağı gözlənilir və ölkədə belə avadanlıqların sayının artırılması nəzərdə tutulur”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 24 d. əvvəl
-
-
34 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
44 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
45 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
1 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat


























