“PAŞA Bank” “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb
Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” nominasiyasında qalib elan olunub.
Laureatların siyahısı Londonda keçirilən ənənəvi Award for Excellence - 2024 mükafatının təltifetmə mərasimində açıqlanıb.
Ən uğurlu nailiyyətlərin qiymətləndirilməsi məqsədi ilə bank və maliyyə sektorunun mükəmməl təmsilçilərini bir araya gətirən mərasimdə, “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə bu mükafata layiq görülüb.
Beynəlxalq nəşr Bankın fəaliyyətini işıqlandırarkən, onun müştəriləri üçün xidmətlərini genişləndirdiyini, ödəniş təkliflərini yenilədiyini və iş əməliyyatlarının effektivliyinə fokuslandığını vurğulayıb.
2024-ci ildə “PAŞA Bank” ilə yanaşı JP Morgan, HSBC, BNP Paribas, Deutsche Bank, Societe Generale və digər aparıcı maliyyə təşkilatları da müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıblar.
Qeyd edək ki, Euromoney beynəlxalq nəşri 1967-cı ildən dərc olunur və təxminən dünyanın 100 ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətlərini qiymətləndirir. Mükafatın təltif edilməsi haqqında qərar il ərzində müxtəlif ölkələrdə bank sektorunun və maliyyə təşkilatlarının fəaliyyətinin təhlili əsasında qəbul edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)



.jpg)
