Baydenin geri çəkilməsindən sonra bazarda mümkün ssenarilər
Prezident Co Baydenin prezidentliyə namizəd olmaqdan çəkilməsi bazarlarda ABŞ seçkiləri ilə bağlı ssenarilərin yenilənməsinə səbəb olub. Bazar ekspertlərinin ilk şərhləri odur ki, dollar və qızıl kimi təhlükəsiz sığınacaqlar ön plana çıxa bilər.Noyabrın 5-də ABŞ-da keçirilməsi planlaşdırılan seçkilər qlobal bazarların gündəmdədir. Seçki prosesi ilə bağlı hadisələr və prezidentliyə namizədlərin açıqlamaları bazarlara daha çox təsir etməyə başlayıb.
Marja xəbər verir ki, Prezident Co Baydenin yarışdan çəkilmək qərarından sonra investorlar bu addımın Trampın seçki şanslarına təsirini diqqətlə izləyəcəklər. ABŞ dolları da daxil olmaqla təhlükəsiz sığınacaq aktivi olan qızıl, ABŞ-da yeni siyasi qarışıqlıqlar fonunda daha da bahalaşma potensialına malikdir. Təhlilçilər də Demokrat Partiyasının keçid prosesini problemsiz başa vurması şansının olduğunu da düşünürlər.
Digər tərəfdən Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində yenidən seçilmə ehtimalının artması qlobal bazarlarda "ticarət müharibələrinin" yenidən başlayacağı ilə bağlı narahatlıqlara səbəb olub.
2018-ci ildə prezident olarkən Çindən idxal edilən 200 milyard dollarlıq məhsula rüsum tətbiq edən Tramp, ikinci dəfə vəzifəyə başlayacağı təqdirdə Çindən gələn mallara 60 faiz, digər ölkələrdən idxal edilən mallara isə 10 faiz gömrük rüsumu tətbiq etməyi planlaşdırır.
Tramp Ağ Evə qayıdarsa, Çinlə yanaşı, Avropa İttifaqı (Aİ) ilə də ticarət gərginliyinin artması riski var. Tramp 200 milyard dollardan çox ticarət kəsiri olduğuna işarə edərək, Avropa ittifaqının ABŞ avtomobilləri və kənd təsərrüfatı məhsullarını almamasından şikayətlənir. Alüminium, polad tarifləri və Rəqəmsal Xidmətlər Vergisi Trampın vəzifəyə gəldiyi təqdirdə Avropa ilə yenidən alovlana biləcək ticarət mübahisələri kimi önə çıxır.
Eyni zamanda Donald Tramp ABŞ dollarının ucuzlaşdırılmasının tərəfdarıdır. O hesab edir ki, bahalı dollar ABŞ ixracatçılarına zərər vurur.
İqtisadçılar Tramp administrasiyasının iqtisadiyyata təsirindən narahatdırlar
İyun ayında dərc edilən bəyanatda Nobel mükafatı almış 16 iqtisadçı “ikinci Tramp administrasiyasının ABŞ iqtisadiyyatı üçün risklərindən dərin narahat olduqlarını” bildiriblər.
Cozef Stiqlitsin rəhbərliyi ilə hazırlanan bəyanatda “Tramp, onun hərəkətləri və siyasəti ABŞ-ın dünyada sabitliyini və mövqeyini təhdid edir” qeyd edilib. Bəyanatda deyilir ki, “Trampın maliyyə cəhətdən məsuliyyətsiz büdcələri ilə inflyasiyanı yenidən alovlandıracağına dair haqlı narahatlıq var”.
Bəzi istiqraz investorları da Trampın ikinci dövründə həyata keçirəcəyi siyasətlərin yüksək inflyasiyaya səbəb olacağından və maliyyə kəsirlərini artıracağından narahat olduqlarını bildiriblər.
Eyni zamaanda, seçki gününə qədər çox şeyin dəyişə biləcəyi də qeyd olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
12 d. əvvəl
PAŞA Bank tarixi IPO-ya start verir - 1 SƏHMİN TƏKLİF QİYMƏTİ MƏLUM OLDU
-
25 d. əvvəl
"Reuters": İran və ABŞ-a plan təqdim olunub, razılaşma bu gün əldə edilməlidir
-
-
50 d. əvvəl
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
- 2 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
Şahdağda qarın hündürlüyü 1 metri keçib, Bakıya düşən yağıntının miqdarı aylıq normanın 390%-ni təşkil edir
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Neft qiymətləri yüksəlişdədir






















