“Nova Credit Bank Olmayan Kredit Təşkilatı” əhalini diqqətli olmağa çağırır
(®) “Nova Credit Bank Olmayan Kredit Təşkilatı” MMC adına açılan saxta saytlar və sosial şəbəkə səhifələri barədə xəbərdar edir.
Belə ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə “Nova Credit BOKT” MMC-nin Facebook, Instagram və digər sosial şəbəkələrdə rəsmi səhifəsinə oxşar profillər yaradır. Onların hədəfi onlayn səhifələrdə məsafədən istehlak krediti əldə etmək istəyən vətəndaşlardır. Kiberdələduzlar kredit təşkilatının nümayəndəsi qismində saxta “WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq əlverişli şərtlərlə kredit təklif edir və müvafiq təhlildən sonra krediti əldə etmək üçün müştəridən kreditin xidmət komissiyası adı ilə onlara kartdan karta və ya müvafiq veb ünvan göndərməklə kart köçürməsi edilməsini tələb edirlər. Məbləğ karta köçürüləndən sonra, saxta səhifələrdə qeyd edilmiş mobil telefonla artıq əlaqə qurmaq mümkün olmur.
Vətəndaşları inandırmaq üçün kiberdələduzlar “Nova Credit BOKT” MMC-nin adından saxta sənədlər, vergi orqanlarında qeydiyyatda olmaları barədə ictimayyətə açıq məlumatlardan istifadə edərək, müştərilərə müvafiq məlumatlar təqdim edirlər.
“Nova Credit BOKT” MMC bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin kredit təşkilatının rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.
“Nova Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəsmi səhifələri aşağıdakılardır:
İnternet saytı: www.novacredit.az
Facebook səhifəsi: https://www.facebook.com/novacredit.az
Instagram səhifəsi: https://www.instagram.com/novakredit.az
Youtube səhifəsi: https://www.youtube.com/@NovaCredit-o8g
Əlavə olaraq bildirilir ki, internet saytı və sosial şəbəkələr üzərindən onlayn kreditlərin verilməsi üçün qarşı tərəfdən əvvəlcədən hər hansı xidmət haqqının tələb olunması hal-hazırda nəzərdə tutulmayıb.
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə [email protected] elektron poçt ünvanı vasitəsilə “Nova Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə məlumat vermələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


