"Bank Avrasiya"nın kredit portfeli kiçilib, gəlirləri və mənfəəti azalıb
"Bank Avrasiya" ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 1 milyon 54 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 2 milyon 273 min manat xalis mənfəət ilə bağlamışdı, Beləliklə, "Bank Avrasiya"nın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 218 min manat və ya 2,1 dəfə azalıb.
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 699 min manat və ya 7,6% azalaraq 8 milyon 449 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 min manat azalaraq 5 milyon 348 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox azaldığı üçün Bankın əməliyyat mənfəəti 676 min manat düşərək 3 milyon 102 min manata geriləyib (2023-cü ilin ilk 6 ayında 3 milyon 778 min manat).
Həmçinin, ilk 6 ayda Bank əməliyyat mənfəətindən 2 milyon 72 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırıb. 2023-cü ilin eyni dövründə "Bank Avrasiya" əməliyyat mənfəətindən 1 milyon 505 min manat ehtiyata ayırmışdı.
2024-cü ilin yanvar-iyun dövründə "Bank Avrasiya"nın cəmi aktivləri 11 milyon 641 min manat və ya 6,3% artaraq 196 milyon 178 min manata yüksəlib. Bankın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 2 milyon 298 min manat və ya 1,7% azalaraq 134 milyon 871 min manata düşüb. O cümlədən, istehlak kreditləri portfeli 714 min manat azalaraq 14 milyon 760 min manata, biznes kreditləri portfeli 1 milyon 961 min manat azalaraq 64 milyon 253 min manata düşüb, ipoteka kreditləri portfeli 377 min manat artaraq 55 milyon 857 min manata qalxıb.
2024-cü ilin ilk 6 ayı ərzində "Bank Avrasiya"da cəmi depozitlər 13 milyon 585 min manat və ya 28% artaraq 62 milyon 69 min manata yüksəlib. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 15 milyon 762 min manat artaraq 58 milyon 212 min manata, hüquqi şəxslərin depozitləri isə 2 milyon 177 min manat azlaraq 3 milyon 857 min manata düşüb.
30 İyun 2024-cü il tarixində "Bank Avrasiya" 80 milyon 87 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 79 milyon 216 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)


