Naxçıvanda “Hərracların Təşkili Mərkəzi”nin hədəf və missisiyası açıqlanıb
Naxçıvanda “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin hədəf və missisiyası açıqlanıb
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən Marjaya verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın rəis müavini, rəsi vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə xidmətin hərraclar vasitəsi ilə satışı sahəsindəki funksiyalarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 9 fevral tarixli Fərmanı ilə yaradılmış “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin həyata keçirdiyini qeyd edib.
Mərkəzin missiyasının dövlət sifarişi əsasında dövlət əmlakının, dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət nəfinə keçməklə müsadirə olunan, üzərinə həbs qoyulan dövlət əmlakının, dövlət mülkiyyətinə keçirilən əmlakların, eləcə də bələdiyyə torpaqlarının müraciət əsasında hərraclarda satışı olduğu bildirilib.
Hərrac iştirakçıları üçün şəffaf və rəqabətli hərracların keçirilməsi qarşıya qoyulan hədəflərdən olduğu vurğulanıb.
Yaxın gələcəkdə elektron hərracın tətbiqi ilə hərracların tamamilə elektron müstəviyə keçirilməsi nəzərdə tutulub.
Naxçıvanda keçirilən hərracların əhatə dairəsi genişlənib
Müxtəlif növ dövlət və qeyri-dövlət əmlaklarının satışı üzrə hərracların keçirilməsi üçün Hərracların Təşkili Mərkəzində müvafiq hazırlıq işləri başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şəhər (rayon) icra və probasiya şöbə və bölmələri, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” publik hüquqi şəxsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi və müvafiq bələdiyyələrlə müqavilələr bağlanılıb.
Naxçıvanda keçirilən hərraclar ilə http://emlak.nakhchivan.az/ rəsmi internet saytında müsabiqələr və hərraclar bölməsinə daxil olmaqla tanış olmaq mümkündür. Cari ay üzrə növbəti hərraclar 11,16 və 18 iyul tarixlərində keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur





















