İlk debatda Baydendən zəif performans
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edərkən, dünən hazırkı prezident, demokrat Co Bayden və keçmiş prezident, Respublikaçı Donald Tramp arasında canlı yayımda ilk debat keçirilib.
Marja.az xəbər verir ki, Baydenin çıxışı, demokratlar arasında ikinci müddətə qala bilməyəcəkləri ilə bağlı narahatlıq yaradıb.
Bayden büdrəmələr, təkrarlanan ifadələr, öskürəklər, təhriflər ilə dolu çıxış edib. O, prezidentliyi dövründə yaradılan iş yerlərini 15 milyon əvəzinə 15 min deyib.
Bayden, bəzi yaşlıların dərman üçün hər il ödədiyi məbləği 2000 dollar əvəzinə 200 dollar və bəzi zəngin amerikalıların trilyonçu olduğunu söyləyib.
Məsələyə yaxın mənbələr Baydenin soyuqdəymə ilə mübarizə apardığını bildirib.
Digər tərəfdən, Trampın çıxışı da mükəmməl deyildi. Keçmiş prezident, Opioid asılılığı ilə mübarizə aparan amerikalılar ilə bağlı sualı cavablandırmaq əvəzinə, immiqrasiya və Rusiyanın "Wall Street Journal" müxbirini saxlaması barədə danışıb.
Tramp, seçkinin nəticələrinə hörmət edib-etməyəcəyi ilə bağlı suallardan da yan keçib.
CNN-in sorğusuna əsasən, izləyicilərin 67%-i Trampın debatda qalib gəldiyini düşünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























