Hindistan buğda ehtiyatlarına məhdudiyyətlər qoyub
Qərar “ərzaq təhlükəsizliyini təmin etmək üçün” 2025-ci ilin mart ayının sonuna qədər davam edəcəklərHindistan hökuməti 2025-ci ilin mart ayının sonuna qədər ölkənin bütün ştatlarında buğda ehtiyatlarının həcminə məhdudiyyətlər qoyub.
Marja xəbər verir ki, bu barədə Hindistanın İstehlakçı İşləri, Qida və İctimai Paylama Nazirliyi mətbuata açıqlamasında bildirib.
Hindistan hakimiyyətinin qərarı “ərzaq təhlükəsizliyini təmin etmək, buğdanın yığılmasının və onun ədalətsiz spekulyasiyasının qarşısını almaq üçün” qəbul edilib.
Qərara görə, topdan satıcılar üçün inventar (anbar) məhdudiyyəti 3 min ton, hər pərakəndə satış nöqtəsi üçün 10 ton ilə məhdudlaşır. Yəni topdan və pərakəndə satıcılar qeyd olunan limitlərdən daha yüksək həcmlərdə ehtiyat saxlaya bilməyəcəklər.
Hindistanda buğda ehtiyatlarının həcmini məhdudlaşdıran qərar 2025-ci il martın 31-dək qüvvədə qalacaq.
Hüquqi şəxslər ehtiyatlarının vəziyyəti haqqında məlumatı xüsusi hökumət portalında bəyan etməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























