Bakı Fond Birjasında Kapital Bank-ın manat istiqrazları “Açılış zəngi” ilə bazara təqdim olunub
Ölkənin birinci bankı Kapital Bank kapital bazarında həm yerli, həm də xarici valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir.
Daha öncə bank rəsmiləri 100 000 000 (yüz milyon) manat həcmində istiqrazın bazara buraxılacağı haqqında məlumat vermişdilər. 10 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında təntənəli Açılış zəngi tədbiri ilə bankın 50 000 000 (əlli milyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.
Tədbiri çıxış sözü ilə Bakı Fond Birjasının Baş kommersiya inzibatçısı Oqtay Qasımov açaraq kapital bazarında əhalinin investisiyalarının artırılmasının önəmini vurğulayıb. Kapital Bank-ın Xəzinədarlıq departamentinin direktoru Fərid Əliyev isə maliyyə bazarlarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb. “Azərbaycan maliyyə bazarı yüksək inkişaf potensiallı bir mühitdir. Biz bu bazarın liderlərindən biri olaraq ölkəmizdə kapital bazarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək istəyirik. Hədəfimiz bazar infrastrukturunun inkişaf etdirilməsi, bazara olan etimadın gücləndirilməsi, bazara çıxış imkanlarının genişləndirilməsidir. Buna görə də biz həm xarici, həm də yerli valyutada yeni maliyyə alətlərini təqdim edirik”.
Daha sonra “PAŞA Kapital İnvestisiya Şirkəti”nin İdarə heyəti sədrinin müavini Rauf Qurbanov çıxış edərək bildirdi ki, “İnvestisiya imkanlarını dəyərləndirmək istəyən vətəndaşlarımız sahəsinin iki lideri - ölkənin ən böyük filial şəbəkəsinə malik olan bankı Kapital Bank və ən böyük bazar payına malik olan investisiya şirkəti PAŞA Kapital tərəfindən təqdim olunan etibarlı, rahat və sürətli xidmətdən faydalana biləcəklər. İstiqrazların alışını həyata keçirən investorlar geri satmaq istədikləri təqdirdə heç bir faiz itkisi olmadan həmin günə qədər hesablanmış bütün faizləri əldə edə biləcəklər”.
Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Xatırladaq ki, daha öncə Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan subordinasiya istirqazlarının yerləşdirilməsi başa çatmışdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 29 d. əvvəl
-
1 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
1 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
2 saat əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
3 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
3 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
















.jpg)



.jpg)



