Həmyerlimiz İsveçrədə Top 10-a daxil investisiya şirkətlər qrupunda
Azərbaycanlı Fəqan Nağıyev İsveçrənin iri şirkətlər qrupunda rəhbər vəzifəyə təyin olunubHəmyerlimiz Fəqan Nağıyev İsveçrənin korporativ-investisiya bankçılığı və aktivlərin idarə edilməsi üzrə ixtisaslaşan Crossinvest Şirkətlər qrupunun MŞ-nın qərarı ilə qrupun Rəhbər Heyətinin üzvü təyin edilib. Bu vəzifədə F.Nağıyev inkişaf etməkdə olan ölkələr və beynəlxalq biznes sahələrinə rəhbərlik edəcək.
1985-ci ildə qurulan Crossinvest İsveçrə maliyə requlyatoru FİNMA tərəfindən, hər biri müstəqil lisenziyaya malik, Lugano, Sürix və Locarno mərkəzli şirkətlərdən vəCrossfund Lüksemburg, Crossfid İtaliya şirkərlərindən ibarət maliyyə qrupudur. Crossinvest habelə sığorta və pensiya fondlarının aktivlərini idarə etmək səlahiyyəti olan azsaylı maliyyə institutlarından biridir.
Beynəlxalq Citywire media qrupunun tərtib etdiyi top 50 müstəqil (beynəlxalq maliyyə-bank qruplarına daxil olmayan) investisiya şirkətləri reytinqində yer alan Crossinvest Qrupunun idarəetməsində olan ümumi aktivlərin dəyəri açıqlanmasada, etibarlı idarəetmə mandatı ilə təqribi 4 mlrd İsveçrə frankı və 11 investisiya fondunu idarə edən Crossinvest İsveçrənin top 10 müstəqil investisiya şirkətindən biridir.
Haşiyə: Linkedin platformasında açıqlanan məlumata əsasən Fəqan Nağıyev Azərbaycan, Rusiya, Avstriya və İsveçrə banklarında çoxillik təcrübəyə malikdir.
Crossinvest Qrupuna təyinatına qədər İsveçrənin Bank Julius Baer Qrupunda Direktor, Vyana ofisinin İcraçı Direktoru, daha sonra Mərkəzi və Şərqi Avropa Regionu üzrə İcraçı Direktor, Korporativ və İnvestisiya Bankçılığı (İnstitusional) Biznes blokunun rəhbəri vəzifələrində çalışıb. Habelə, 2023-cü ildən Vyana mərkəzli Blacktower Street Advisors GmbH konsaltinq şirkətinin təsisçi tərəfdaşıdır.
Fəqan Nağıyev 2005-ci ildə Azərbaycan Universitetinin hüquq fakultəsini fərqlənmə ilə bitirib. 2015-2020 -ci illərdə Julius Baer Akademiyasında, İtaliyanın Bacconi Universitetində, Honq Konqun City (CityU) Universitetində və Hindistanın Biznes Məktəbində (Indian School of Business) ixtisasartırma kursaları keçib. 2019-2020-ci illərdə Vyana İqtisadiyyat və Biznes Universitetinin və ABŞ-ın Minnesota Universitetinin birgə magistr programı olan Global EMBA proqramını bitirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)


