MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı sənəd imzalanıb
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə qarşılıqlı iqtisadi əlaqələri gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq müzakirə edilib.
Görüş çərçivəsində Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı sənəd imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Görüşdə hər iki ölkə rəhbərliyinin əlaqələrin inkişafına, mövcud potensialdan səmərəli istifadəyə verdiyi xüsusi önəm sayəsində iqtisadi münasibətlərin davamlı inkişaf etdiyi vurğulanıb. Ötən ilin yanvar ayında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənədin, eyni zamanda investisiya təşviqi, iqtisadi əməkdaşlıq, ikiqat vergitutmanın qarşısının alınması və s. sahələrdə imzalanmış 50-dən çox sənədin bütün istiqamətlər üzrə işbirliyinin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı qeyd edilib.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsindən irəli gələn məsələlər və cari vəziyyət müzakirə edilib.
Tərəflər qarşılıqlı iqtisadi münasibətləri gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığının təşviqi barədə fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində Macarıstanın MVM şirkətinin “Şahdəniz” layihəsində pay alışı ilə bağlı sənəd imzalanıb. Sənədin ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcəyi diqqətə çatdırılıb.
Xəbər verdiyimiz kimi, 5 iyun 2024-cü il tarixində "MVM Group" şirkəti Azərbaycanın dövlət şirkəti olan “Cənub Qaz Dəhlizi” QSC ilə “Şahdəniz” dəniz qaz-kondensatının Hasilatın Pay Bölgüsü Sazişində 5%-lik payın alınmasına dair alqı-satqı müqaviləsi bağlamışdır. Həmçinin "MVM Group" şirkəti "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qazın marketinqi və satışı üçün yaradılmış "Azerbaijan Gas Supply Company Limited (“AGSC”) şirkətində 4% pay alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)




.jpg)
