Bank Respublikadan xoş sürpriz - İrəvanda qələbə!
EBRD “Bank Respublika”nı növbəti dəfə “Azərbaycanın ən fəal emitent bankı” elan etdi!(®) “Bank Respublika – dinamik və dayanaqlı inkişaf edən Azərbaycanın aparıcı banklarından biri” məhz bu sözlərlə Azərbaycan bankı Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ermənistanın paytaxtı İrəvan şəhərində mükafat alarkən təqdim edilmişdir.
Mükafat EBRD-nin 2023-cü ilin nəticələrinə həsr olunmuş İllik Toplantısı zamanı keçirilən mərasimdə təqdim edilib.
Təqdim edilən mükafat EBRD və Bank Respublika arasında ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlığın hər il artan səmərəliliyinin göstəricisidir. Bu, həmçinin “Bank Respublika”nın mühüm tərkib hissəsi xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi olan sahibkarlığa dəstək missiyasını ölkəmizdə uğurla həyata keçirdiyini bir daha təsdiq edir.
Qeyd edək ki, Bank bununla yanaşı, Azərbaycanda aqrar, kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində də EBRD ilə uğurla əməkdaşlıq edir.
Bank Respublika - geniş regional xidmət şəbəkəsinə malikdir və ölkənin 5 ən böyük bankından biridir. Beynəlxalq əməkdaşlığın inkişafı bankın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu gün bankın beynəlxalq tərəfdaşları arasında dünya üzrə 30-dan çox maliyyə institutu yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)





.jpg)









