"Qarabağ"-"Kopenhagen" matçının ikinci hissəsi davam edir - 1:0
"Qarabağ"-"Kopenhagen" matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 25-ci dəqiqəsində Mahir Mədətov fərqlənib. Komandalar arasında cavab oyunu bir həftə sonra Danimarkada keçiriləcək.
XXX
"Qarabağ"-"Kopenhagen" matçının birinci hissəsi Ağdam təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb - 1:0.
20:26
Görüşün 25-ci dəqiqəsində "Qarabağ" komandası hesabı açıb. Ağdam təmsilçisinin heyətində Mahir Mədətov fərqlənib.
20:00
Futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" Danimarkanın "Kopenhagen" klubunu qəbul edir.
"Qarabağ"ın start heyətində İbrahim Şehiç, Bədavi Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Miçel, Mahir Mədətov, Vild-Donald Qere və Dino Dino Ndlovu yer alıblar.
Danimarka təmsilçisinin ilk on birliyində isə meydana Robin Olsen, Peter Ankersen, Pyer Benqtsson, Nikolay Boylesen, Mixail Lyuftner, Villyam Kvist, Benyamin Verbiç, Uroş Matiç, Yussef Tutu, Federiko Santander və Andriya Pavloviç çıxıblar.
Qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Paolo Tagliaventodur. Ona həmyerliləri Alessandro Giallatini və Alessandro Costanzo kömək edirlər. Dördüncü hakim funksiyasını Filippo Meli yerinə yetirir. Oyunda əlavə köməkçi hakimlər isə Massimiliano Irrati və Antonio Damatodur.
Qarşılaşmanın UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev (Bolqarıstan), hakim-inspektoru isə avstriyalı Fritz Stuçlikdir.
Matç Çempionlar Liqasının himninin səslənməsi ilə başlayıb.
Xatırladaq ki, play-off mərhələsinədək "Qarabağ" klubu Gürcüstanın "Samtredia" və Moldovanın "Şerif" komandalarını mübarizədən kənarlaşdırıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 4 d. əvvəl
-
56 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























