Bakcell “F1 Star” Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
Bakcell Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli yeni məhsulunu - "F1 Star" fiber internet paketini təqdim edir.
"Ölkənin ən sürətli mobil operatoru" şüarı ilə bütün ölkəyə bənzərsiz internet sürəti təmin edən Bakcell, bu dəfə yeniliyi evlərə gətirir. Özündə mesh Wi-Fi ruterləri birləşdirən məhsul, evin sahəsindən və mərtəbəsindən asılı olmayaraq hər küncündə eyni yüksək sürət performansını göstərəcək.
1 Gigabit sürət imkanına malik F1 Star məhsulu 14 may 2024-cü il tarixindən etibarən abunəçilərin ehtiyaclarını qarşılamaq üçün hazırlanmış müxtəlif planları ilə satışa çıxarılıb. Bakcell-in təqdim etdiyi bu eksklüziv məhsul ilə abunəçilər dəyərli anlarını kəsintisiz və sürətli ev interneti vasitəsilə yaşaya bilərlər.
"F1 Star-ın ən sürətli sabit internet olması ilə yanaşı, Bakcell-in mükəmməlliyə, innovasiyaya və Azərbaycan xalqına sadiqliyini təmsil edir. Hədəfimiz yeni məhsulla yanaşı, bütün Azərbaycan ərazisində, xüsusən də Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan Qarabağda ən sürətli sabit şəbəkəni təmin edərək, dəyər təkliflərini artırmaqdır. Yeniliklərimiz bununla bitmir, yaxın gələcəkdə abunəçilər üçün faydalı bir neçə məhsul seriyası təqdim edəcəyik." deyə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller bildirib.
Şirkət haqqında: Bakcell 3 milyondan çox abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Şirkət NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








