BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTO
BMT-nin Azərbaycandakı nümayəndəliyi və PAŞA Holding-in birgə əməkdaşlığı ilə keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol”da növbəti tədbir “BMT-nin İqlim Dəyişikliyi Konfransına Ümumi Baxış: Özəl Sektor Perspektivləri” mövzusuna həsr olunub. Silsilədən dördüncü, PAŞA Holding ilə birgə ilk dəfə təşkil olunan tədbirdə PAŞA Qrup şirkətlərinin 200-dən çox əməkdaşı iştirak edib.
Tədbirdə PAŞA Holding-in Qrup üzrə Strateji İdarəetmə Departamentinin direktoru Teymur Hüseynov, COP29 Azərbaycan şirkətinin baş icraçı direktoru Elnur Soltanov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva açılış nitqləri ilə çıxış ediblər. O cümlədən UNFCCC-nin Hökumətlərarası Dəstək və Kollektiv Proqres Departamentinin Direktoru Sesiliya Njenqa, BMT Qlobal Sazişinin Ətraf Mühit və İqlim üzrə Rəhbəri Fernando Castellanos və Sustainera Solutions şirkətinin Təsisçisi və İcraçı Direktoru İlkin Hacıyev detallı təqdimatlarla çıxış etdilər. Tədbir zamanı əməkdaşlar üçün Qarabağ Dirçəliş Fondunun hazırda icra etdiyi ekoloji layihələrə ianə etmək imkanı da yaradılıb.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva PAŞA Holding ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, “Özəl sektor iqlimlə bağlı fəaliyyət üçün kritik iştirakçılardan biridir və biz bu mühüm prioritetdə PAŞA Holding ilə əməkdaşlıq etməkdən məmnunuq. Təkcə ölkə üçün deyil, həm də dünya üçün”.
“İqlim mövzusunun aktuallığını nəzərə alaraq, biz öz “stakeholder”lərimiz üçün həm COP29, həm də ümumilikdə iqlim çağırışları barədə məlumatlılıq səviyyəsinin artırılması imkanını yaratmaq istədik. Beləcə, BMT Azərbaycan tərəfindən “29 İqlim Söhbəti” təşəbbüsü barədə eşidən kimi bu təşəbbüsə qoşulmaq niyyətimizi bildirdik. Təşəbbüs çərçivəsində BMT tərəfindən ümumilikdə 29 tədbir keçiriləcək və bu tədbirlərdən 4-ü PAŞA Holding-in tərəfdaşlığı ilə baş tutacaq. Bu gün biz bu tədbirlərdən ilkini keçiririk. Çünki müzakirələrə məhz əməkdaşlarımızdan başlamaq istədik”, - deyə Teymur Hüseynov vurğulayıb.
“29 İqlim Söhbəti: COP29-a aparan yol” proqramı qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır. PAŞA Holding-in dəstəyi ilə təşkil olunacaq bu silsilənin növbəti tədbirlərində yerli və beynəlxalq media nümayəndələri, müştərilər, tərəfdaşlar və qeyri-hökumət təşkilatları ilə BMT-nin müxtəlif qurumlarının mövzu ilə bağlı ekspertlərinin iştirakı nəzərdə tutulub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 3 gün əvvəl
-
3 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
3 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub























