Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
İnnovativ alış-veriş məhsulu olan Umico-nun sahibi “Competo” MMC şirkəti 2023-cü ili 32 milyon 340 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 17 milyon 105 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, “Competo” şirkətinin xalis zərəri 2023-cü ildə 2022-ci illə müqayisədə 15 milyon 235 min manat və ya 89 faiz artıb.
GƏLİRLƏRİ DAHA SÜRƏTLİ ARTIB
Marja.az-ın əldə etdiyi məlumata görə, “Competo”nun gəlirləri 2022-ci ildə 8 milyon 398 min manat ikən, 2023-cü ildə 25 milyon 879 min manat təşkil edib (3,1 dəfə və ya 17 milyon 481 min manatartıb). Ötən il Şirkətin xərcləri isə 2,3 dəfə və ya 32 milyon 716 min manat artaraq 58 milyon 219 min manat olub. 2022-ci ildə “Competo”nun xərcləri 25 milyon 503 min manat təşkil etmişdi.
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2023-cü il tarixində “Competo” MMC 29 milyon 849 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 18 milyon 288 min manat cəmi aktivlərə malik idi.
31 dekabr 2023-cü il tarixində “Competo” MMC-nin öhdəlikləri aktivlərini üstələyib. Qeyd olunan tarixdə Şirkətin öhdəlikləri 34 milyon 331 min manat təşkil etdiyindən, xalis aktivləri mənfi 4 milyon 482 min manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























