EY şirkəti Azərbaycanın ən əzmkar sahibkarlarını mükafatlandırdı - QALİBLƏR
(®) 15 mart 2024-cü il tarixində EY Azərbaycan şirkəti “EY İlin İş Adamı” mükafatının qalibini elan edib.
Bu ilki müsabiqənin qalibi Baku Holiday Travel (BHT) şirkətin baş direktoru və təsisçisi Ramil Rzayev olub. O, Azərbaycanı “Dünya üzrə İlin İş Adamı” müsabiqəsində təmsil edərək dünyanın ən yenilikçi və əzmkar iş adamları ilə mübarizə aparacaq.
Baş sponsor ABB – nin dəstəyi ilə təşkil olunan bu mötəbər müsabiqə Azərbaycanın iş adamları arasında artıq beşinci ildir ki, keçirilir. bp şirkəti və Veysəloğlu Şirkətlər Qrupu da tədbirin maliyyə dəstəkçiləri olmuşlar. Müsabiqənin tərəfdaşları sırasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və EKVITA konsaltinq şirkəti yer almışdır.
Müsabiqənin qalibi biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və iri şirkətlərin rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 20 güclü namizəd arasından seçilib.
Qalibin adı 13 mart tarixində təntənəli mükafatlandırma mərasimində açıqlanıb.
Münsiflər fərqli nominasiyalar üzrə qalibləri seçiblər. Beləliklə, nominasiyalar üzrə qaliblər:
- “Azərbaycan və hüdudlarından kənarda” - VITAM şirkətinin rəhbəri Tehran Əliyev;
- “Dayanıqlı inkişaf” - Sustainera Solutions şirkətinin rəhbəri İlkin Hacıyev;
- “Ekoloji həllər” - BAFT & Partners şirkətinin rəhbəri Vüsal Həsənov;
- “İnnovasiya” - Push30 şirkətinin təsisçisi Adil Qasımov;
- “Kənd Təsərrüfatında inkişaf” - Umut Agro şirkətinin rəhbəri Fərid Əkbərzadə;
- “Qadın Sahibkar” - Alfa-Omeqa şirkətinin rəhbəri İnarə Mirzəzadə;
- “Regional inkişaf” - Balkhoorma şirkətinin rəhbəri Tarıyel Mirzoyev təltif olundular.
Qalibin adı açıqlandıqdan sonra Ramil Rzayev fikirləri ilə bölüşdü: “EY Azərbaycan şirkətinə müsabiqənin təşkili və iştirak ərizələrinin verilməsi prosesində göstərdiyi bütün dəstəyə görə dərin təşəkkürümü bildirmək istərdim. BHT sənaye liderləri ilə rəqabət apara biləcək qlobal səyahət portalı yaratmaq təşəbbüsünün münsiflər heyəti tərəfindən yüksək dəyərləndirildiyindən hədsiz qürur duyuram. Şirkətimizin məqsədi Azərbaycanın turizm potensialını və ölkəmizin dünyanın hər yerindən gələn səyahətçilərə təklif etdiyi unikal səyahət imkanlarını tanıdan canlı məlumat mənbəyinə çevrilməkdir. Bu mükafat mənim üçün olduqca önəmlidir və BHT-nin inkişafında tamamilə yeni səviyyəyə keçid etmək üçün bir stimuldur. Monakoda keçiriləcək Dünya üzrə İlin İş Adamı müsabiqəsində Azərbaycanı layiqincə təmsil etmək üçün səylərimi əsirgəməyəcəm.”
“EY İlin İş Adamı” müsabiqəsi haqqında
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, onların liderlik bacarıqları və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" dünyanın 60-dan çox ölkəsində 145-dən çox şəhəri əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarların nailiyyətlərini tanıyır.
Proqram haqqında daha ətraflı məlumat almaq üçün bu linkə keçid edə bilərsiniz: www.eoy.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
7 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)



.jpg)
