Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da dərc olunan statistik məlumatlar fonunda, dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. Ötən günə 1.0947 səviyyəsində başlayan EUR/USD cütlüyü, günü 1.0880 səviyyəsində tamamladı. Eyni qaydada GBP/USD və USD/JPY valyuta cütlükləri dünənki ticarət gününə müvafiq olaraq 1.2795 və 147.680 səviyyələrində başlasalar da, gün sonunda 1.2749 və 148.265 səviyyələrində qərarlaşmışdılar. Dollar indeksi 0.08% artaraq, 103.44 bənd təşkil edir.
Dünən açıqlanan məlumatlara əsasən, fevral ayında ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi yanvar ayı ilə müqayisədə 0.6% artıb. Məlumatlar proqnozların altında dərc olunub. Belə ki, analitiklər göstəricinin 0.8% artacağını ehtimal edirdilər. Qeyd etmək lazımdır ki, Pərakəndə Satış Dövriyyəsinin Həcmi ABŞ iqtisadiyyatının sağlamlığının ən mühüm göstəricilərindən biridir, çünki istehlak xərcləri ölkənin ÜDM-nin təxminən 70%-ni təşkil edir.
Eyni zamanda, əmək bazarına dair məlumatlar da açıqlanıb. ABŞ-da martın 9-da bitən həftə üçün İşsizlik Müavinətı Üzrə Müraciətlərin Sayı öncəki həftənin yenilənmiş nəticələri ilə müqayisədə 1 min nəfər azalaraq 209 min nəfər təşkil edib. Ekspertlər, əksinə, göstəricinin artacağını proqnozlaşdırmışdılar.
Dolların bahalaşması fonunda qızıl bir qədər eniş tendensiyası sərgiləyir. Həftəyə 2188$ səviyyəsində başlayan dəyərli metal, hal-hazırda 2165$ səviyyəsində ticarət olunur. Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1.95$ və ya 0.09% artaraq 1 troy unsiyası üçün 2169.45$ olub. Analitiklər qızılın ABŞ-dan gələn statistik məlumatlara və FED-in monetar siyasəti haqqında siqnallara qarşı həssas olduğunu qeyd edirlər. Ənənəvi olaraq güclü statistika yüksək dərəcələrə dair gözləntiləri dəstəkləyir, bu da dolların möhkəmlənməsinə və qızılın ucuzlaşmasına kömək edir.
Bugün səhər “Brent” markalı neftin bir barrel üçün dəyəri 86$ həddinin üzərinə qalxdı və sonra cüzi şəkildə eniş göstərdi. “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 0.23% ucuzlaşaraq, bir barrel üçün 85.22$ səviyyəsinə enib. “WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0.22% ucuzlaşaraq, bir barrel üçün 81.08$ təşkil edib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
3 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
3 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
4 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir






















