Azərbaycanda POS-terminalların 60%-i aktiv istifadə olunur
01.01.2024-cü il tarixinə ölkə üzrə quraşdırılmış bankomatların sayı 3112, POS-terminalların sayı 86383, ödəniş terminallarının sayı isə 2106 ədəd olmuşdur.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”da bildirilib.
Qeyd edilib ki, 2023-cü il ərzində ölkə üzrə bankomatların sayında 1.4%, regionlarda yerləşən bankomatların sayında isə 0.9% artım müşahidə edilmişdir.
01.01.2024-cü il tarixinə ölkədə dövriyyədə olan POS-terminalların sayı ötən illə müqayisədə 8.2% artaraq 86 383- ə bərabər olmuşdur. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə müvafiq dövr ərzində 19.2% artaraq 82 992 ədəd təşkil etmişdir. Quraşdırılmış POS-terminalların 96.1%-i təmassız ödənişləri dəstəkləməkdədir.
Regionlarda pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 2896 və ya 11.6%, o cümlədən təmassız ödənişləri dəstəkləyən POS-terminalların sayı isə 6998 və ya 35.3% artmışdır.
2023-cü ilin dekabr ayının sonuna olan göstəricilərə əsasən, pərakəndə ticarət, ictimai iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların 60%-i aktiv istifadə olunmuşdur.
2023-cü ilin sonuna banklar tərəfindən quraşdırılmış ödəniş terminallarının sayı 2022-ci ilin sonu ilə müqayisədə 3.8% artaraq 2106 ədəd təşkil etmişdir. Bakı şəhərində yerləşən ödəniş terminallarının sayında 6.9% azalma, regionlarda yerləşən ödəniş terminallarının sayında isə 16.6% artım müşahidə olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















