Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini sabit saxlayacağı gözlənilir
22 Fevral 2024-cü il tarixində Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq. Bu qərar TCMB-nin yeni sədri Fatih Karahanın iştirakı ilə qəbul ediləcək ilk faiz qərarı olacaqdır.
Marja.az xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan 25 qurum TCMB-nin pul siyasəti faizini 45% səviyyəsində sabit saxlayacağını nəzərdə tutur.
2024-cü ilin sonu üçün faiz dərəcəsi proqnozlarında ən yüksək gözlənti 45%, ən aşağı gözlənti isə 30% olaraq qeyd edilib.
Sorğu iştirakçılarından ilk faiz endirimi ilə bağlı gözləntiləri də soruşulub. Müvafiq olaraq, proqnozlarını paylaşan 23 qurumdan 11-i 2024-cü ilin üçüncü rübündə Türkiyə Mərkəzi Bankından faizin aşağı salınması barədə addım gözləyir.
6 qurumun gözləntisi, ilk faiz endirimi qərarının 2024-cü ilin dördüncü rübündə olacağıdır.
5 qurum 2024-cü ildə TCMB-dən faiz endirimi gözləməsə də, 1 qurum ilk azalmanın sentyabr və ya oktyabr aylarında olacağını proqnozlaşdırır.
Yüri düşmüşkən Türkiyə İqtisadi Siyasət Araşdırmaları Vəqfi (TEPAV), Mərkəzi Bankın faiz dərəcəsini 47,5%-ə yüksəltməklə yanaşı, əlavə sərtləşdirmə mesajının da verilməsi lazım olduğunu hesab edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
42 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























