Şagirdlər testləri cavablandırıb pul mükafatları qazana bilirlər - YENİ TƏTBİQ
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2024-cü il üzrə ilk “Startap” şəhadətnamələri 7 KOB subyektinə təqdim edilib. Şəhadətnamə alanlardan biri də fərdi sahibkar Şəmistan Əlizadədir. Ona şəhadətnamə şagirdlər üçün oyun əsaslı onlayn təhsil platforması layihəsi üçün təqdim edilib.
Şəmistan Əlizadə "Oyun Əsaslı Təhsil Platforması" ilə bağlı Marja.az-a məlumat təqdim edib.
O qeyd edib ki, dahi.az şagirdlər üçün ödənişsiz təhsilə dəstək oyun tətbiqidir:
"Şagirdlərdən telefonları ala bilmədiyimiz üçün, telefonu onlar üçün faydalı etməyə çalışırıq.
Şagirdlər dahi.az mobil tətbiqində öz sinif və fənnlərinə uyğun testlər cavablayaraq pul mükafatları qazana bilirlər. Hər bir mərhələni şagird bitirdikdən sonra "coin"lər qazanır və topladığı "coin"ləri pula çevirə bilir. Bundan əlavə mobil tətbiqimizdə şagirdlər üçün dahi sıralaması mövcuddur: ümumi, aylıq və günlük sıralama. Şagirdlər topladıqları bala görə burada sıralanır. Bu sıralamaya görə də şagirdlərə əlavə mükafatlar verilir".
dahi.az mobil tətbiqinin funksiyalarına toxunan Şəmistan Əlizadə qeyd edib ki, tətbiqdə Kateqoriya üzrə oyun modulu, Qrup Yarışı modulu, Təkbətək Yarış modulu, Günlük Sınaq modulu, Əylən və öyrən modulu, Özünü Sınama modulu, Dil Öyrənmə modulu, Səsli Sual modulu və Bilik Yarışı modulu mövcuddur.
Tətbiq şagirdlər üçün tam ödənişsizdir. Dahi.az şagirdlərə pul mükafatı verən yeganə təhsil və oyun platformasıdır.
Şəmistan Əlizadə vuğrulayıb ki, KOBİA-dan alınan şəhadətnamə startaplarına bir çox imkanlar yaradır:
"Biz 29 fevral 2024 cü ildə KOBİA-nın keçirəcəyi sərgidə biz də öz startapımızı sərgiləyəcəyik. Bundan əlavə, Bakı Mühəndislik Universiteti Texnoparkı ilə əməkdaşlığımız rəsmiləşmək üzrədir. Fevral ayının 15 -ə qədər qarşılıqlı müqavilə imzalayacağıq. Bir neçə təhsil mərkəzi (Zəfər kursu Xırdalan, Pifaqor Akademiyası, Üfüq Daimi İnkişaf Mərkəzi, Dəyanət Tədris Mərkəzi və s.) bizimlə qarşılıqlı əməkdaşlıq etmək üçün müraciət etmişlər.
Qeyd edək ki, Şəmistan Əlizadə dahi.az Onlayn Təhsil Platformasının təsisçisidir. Həmçinin Ramil Mirzəyev dahi.az-ın həmtəhsisçisidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 30 d. əvvəl
-
42 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)



.jpg)


.jpg)










