Qlobal bazarlarda son vəziyyət
Bəzi ekspertlər inflyasiyanın zəifləməsinin davam etdiyi üçün, Avropa Mərkəzi Bankının (AMB) növbəti addımı kimi, uçot faiz dərəcəsinin azaldılmasını görürlər. Hazırda əksər analitiklər tənzimləyici qurumun may ayında monetar siyasətini yumuşaltmaya başlayacağını proqnoz edirlər.
Bununla yanaşı, həftə ərzində Avrozonada dərc olunan makroiqtisadi məlumatların proqnozların altında dərc olunması, avronu təzyiq altında saxlamaqda davam edir. Belə ki, dünən EUR/USD valyuta cütlüyü 1.0778 səviyyəsində müqavimət ilə rastlaşaraq, 1.0756 səviyyəsinə kimi ucuzlaşdı, lakin sonra 1.0783 səviyyəsinə qədər artım göstərdi.
Həmçinin dünən, açıqlanan məlumatlara əsasən, ABŞ-ın kommersiya məqsədli neft ehtiyatları fevralın 2-də başa çatan həftədə 0.6 milyon barrel artaraq, 358.017 milyon barrelə çatdı. Bununla belə, göstərici hələ də 1983-cü ildən bugünə kimi minimum səviyyələrdə qalmaqda davam edir. Bunun fonunda, neftə tələb artıb və “Brent” markalı neft 79.90$ səviyyəsinə kimi bahalaşıb.
ABŞ Konqresinin büdcə ofisinin hesabatına əsasən, 2034-cü ilin sonuna qədər ölkənin dövlət borcu ABŞ ÜDM-nin 116%-i həcmində tarixi rekord həddə çatacaq və artmaqda davam edəcək. Büdcə idarəsinin proqnozlarına görə, artıq 2025-ci ildə ABŞ-ın dövlət borcunun səviyyəsi ÜDM-in həcmini keçəcək və onun 101.7%-i səviyyəsində müəyyən ediləcək.
Bugün ABŞ-da dərc olunacaq İşsizlik Müavinətı Üzrə Ərizələrin Sayındakı Dəyişikliklər göstəricisi investorların maraqla gözlədikləri hadisələrdən biridir. Analitiklərin fikrincə, fevralın 3-də başa çatan həftə ərzində ölkədə işsizlik müavinəti üçün müraciət edənlərin sayı əvvəlki həftə ilə müqayisədə 4 min nəfər azalaraq, 220 min nəfər təşkil edib.
Məlumat İnvest-Az İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



