Türkiyə Mərkəzi Bankının yeni sədrindən ilk açıqlama - MƏZƏNNƏ KƏSKİN REAKSİYA VERMƏDİ
TCMB-nin yeni sədri Karahan, inflyasiya hədəflərinə uyğun səviyyələrə düşənə qədər lazımi sərt pul siyasətini (yüksək faizləri) qoruyub saxlamaqda qərarlı olduqlarını vurğulayaraq, "İnflyasiyanın pisləşməsinə qəti icazə verməyəcəyik" deyib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Fatih Karahan, sədr təyin olunmasından sonra mətbuata ilk açıqlamasını edib.
Marja.az açıqlamaya istinadən xəbər verir ki, Karahan aşağıdakıları bildirib:
"Mərkəzi Bankımızın əsas məqsədi və prioriteti qiymət sabitliyini təmin etməkdir. Bu baxımdan güclü komandamızla dezinflyasiyanı təmin etmək üçün səylərimizi davam etdiririk. İnflyasiya hədəfimizə uyğun səviyyələrə enənə qədər lazımi sərt pul siyasətini qoruyub saxlamaq əzmindəyik. Biz inflyasiyanı yaxından izləyirik. Biz inflyasiya proqnozunda istənilən dəyişikliyi izləyirik. Biz inflyasiya proqnozunun pisləşməsinə qətiyyən imkan verməyəcəyik".
Karahan, bu ilin ilk İnflyasiya Hesabatını təqdim etmək üçün fevralın 8-də saat 10.30-da TCMB İdarə Mərkəzində məlumatlandırma toplantısı keçirəcək.
Xəbər verdiyimiz kimi, Hafize Gaye Erkanın vəzifəsindən azad edilməsi ilə bağlı müraciətindən sonra, 3 fevral 2024-cü tarixində Fatih Karahan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına (TCMB) yeni sədr təyin olunub.
Qeyd edək ki, ABŞ dolları/Türk Lirəsi məzənnəsi TCMB sədrinin dəyişməsinə kəskin reaksiya verməyib. Bakı vaxtı ilə saat 08:00-da Dollar/TL məzənnəsi 0,09% artımla 30,51 lirə səviyyəsində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)
