“Bakı Fond Birjası” ilə ADA Universiteti əməkdaşlıq edəcək
29 yanvar 2024-cü il tarixində “Bakı Fond Birjası” QSC (BFB) ilə ADA universiteti arasında əməkdaşlıq prinsiplərinə dair Anlaşma Memorandumu imzalanıb.
Birjanın yaydığı məlumatda bildirilir ki, sənədi Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə imzalayıblar.
Memorandum ADA Universitetində təhsil alan tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Razılaşmaya əsasən, Bakı Fond Birjası ADA Universitetinin tələbə və müəllimləri üçün müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyaları, istehsalat və könüllü təcrübə proqramları təşkil edəcək.
Ruslan Xəlilov bildirib ki, Memorandumda, təhsil müəssisəsinin irəli sürdüyü layihələrə tərəfimizdən dəstəyin verilməsi və əməkdaşlarımızın bu cür tədbirlərdə qonaq spiker qismində iştirak etməsi nəzərdə tutulub.
Fariz İsmayılzadə qeyd edib ki, biz bu əməkdaşlıqla tələbələrimizə real iş mühitini görmələri və peşəkarlardan dəyərli fikirlər və təcrübələr əldə etmələri üçün şərait yaradırıq. Biz həm də tələbələrimizi dərsliklərdən kənara çıxan öyrənmə metodları ilə tanış edir, onları mütəmadi dəyişən və inkişaf edən sahələrdə uğura hazırlayırıq.
Qeyd edək ki, memorandum çərçivəsində birjanın təşkilatçılığı ilə tələbələr üçün BFB-nin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların təşkil edilməsi və müxtəlif müsabiqələrin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti yaradılması anından etibarən Azərbaycanın mütəşəkkil kapital bazarı sahəsində təşkil olunmuş yeganə fond birjasıdır. Bu gün, Bakı Fond Birjası ümümi ticarət dövriyyəsi 27 milyard manatdan artıq olan, unikal tarixə, kapital bazarının peşəkar iştirakçıları ilə möhkəm münasibətlərə və xarici ölkələrin bir çox fond birjaları ilə tərəfdaşlıq münasibətlərinə malik olan birjadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























