Naxçıvanda iqtisadiyyat naziri əvəzi bölgənin əsas iqtisadi göstəricilərini açıqladı
Naxçıvanın ötən ilin yekunlarına dair iqtisadi inkişaf göstəriciləri açıqlanıb.2023-cü ildə Naxçıvan Muxtar Respublikasında 1 milyard 552 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, ötən il bölgədə 593,9 milyon manatlıq sənaye məhsulu, 358,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub, əhaliyə 34,2 milyon manatlıq informasiya və rabitə xidmətləri, 178,2 milyon manatlıq ödənişli xidmətlər göstərilib.
Nazir əvəzi qeyd edib ki, Naxçıvan iqtisadiyyatında şəffaflığın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnib: "2023-cü ildə qeyri-dövlət sektorunun büdcə gəlirlərində payı 55,7 %, vergi daxilolmalarında payı isə 62,4 % təşkil edib. Sahibkarlığın sürətli inkişafında önəmli amillərdən biri maliyyə əlcatanlığıdır. Ötən il Sahibkarlığın İnkişafı Fondu 40 investisiya layihəsinə 6,2 milyon manat güzəştli kredit verib. Bunun 84,8 %-i sənaye, 11,7 %-i kənd təsərrüfatı, 3,5 %-i isə xidmət sektoruna yönəldilib. 2023-cü ildə muxtar respublikanın iqtisadiyyatında kiçik və orta biznesin (KOB) dominantlığı xeyli yüksəlib, qeydiyyatda olan KOB subyektlərinin sayı 26 % artıb. İl ərzində burada aylıq əməkhaqqı isə 689 manat təşkil edib".
"Daşınmaz əmlakın şəffaf idarə edilməsi nəticəsində ötən il bağlanmış icarə müqavilələrindən büdcəyə daxilolmalar 7,7 %, daşınmaz əmlak obyekti üzərində hüquqların dövlət qeydiyyatı 43,6 %, dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən daxilolmalar ötən illə müqayisədə 2,2 dəfə artıb.
Muxtar respublikada sahibkarların dövlət satınalmalarında aktiv iştirakı ilə rəqabətlilik təmin edilib. 2023-cü ildə 531-dən çox müsabiqə əsaslı satınalma həyata keçirilib, satınalmalarda ehtimal olunan qiymətin 16 %-nə qənaət olunub", - deyə A.İsmayılov əlavə edib.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə danışan nazir müavini bildirib ki, proqramın əsas qayələrindən biri də sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaradıb Naxçıvanı əsas sərmayə mərkəzi etməkdir.
"Xarici və yerli investorların Naxçıvana səfəri muxtar respublikanın iqtisadi potensialı, investisiya imkanları ilə yaxından tanış olmaları sözsüz ki, yeni investisiyaların yatırılması baxımından təkan rolunu oynayacaq", - deyə A.İsmayılov fikrini tamamlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)



