Türk Lirəsinin bahalaşacağı proqnozu verildi
Amerikanın iri maliyyə xidmətləri şirkəti "Wells Fargo" 2024-cü il üzrə beynəlxalq iqtisadi proqnozlar hesabatında valyuta məzənnələri ilə bağlı da təhlillər aparıb. Bank ABŞ dolları/Türk Lirəsi məzənnəsinin (USD/TRY) 2024-cü ilin ikinci rübündən etibarən düşəcəyi qənaətindədir.
Marja.az xəbər verir ki, bankın iqtisadçıları tərəfindən hazırlanan 22 yanvar 2023-cü il tarixli hesabatda dollar/TL məzənnəsinin 2024-cü ilin birinci rübündə 31 lirəyə yüksələcəyi, ilin ikinci rübündə isə 30,50-yə enəcəyi proqnozlaşdırılır. Bank, dollar/TL-də bu geriləmə trendinin növbəti rüblərdə də davam edəcəyini nəzərdə tutur.
Bankın hazırladığı hesabata görə, ilin üçüncü rübündə məzənnənin 30-a, son rübdə isə 29.50-yə enməsi gözlənilir. Bank məzənnənin 2025-ci ilin birinci rübündə 29, ikinci rübündə isə 28,50 türk lirəsi olacağını təxmin edir.
Qeyd edək ki, hazırda Dollar/TL məzənnəsi 30,27 lirə səviyyəsindədir.
Bankın dollarla bağlı qlobal təhlilində ABŞ dollarının 2024-cü ildə dəyər itirəcəyi proqnozu diqqət çəkib. Bank təhlilində qeyd edir ki, 2024-cü il irəlilədikcə ABŞ dolları dəyər itirməyə davam edəcək.
Bankın ABŞ dolları ilə bağlı təhlilində diqqət çəkən məqamlar: "Hazırda ABŞ-ın tənəzzüldən qaçacağını gözləsək də, il irəlilədikcə ABŞ-da iqtisadi artımın yavaşlayacağını və FED-in bu ilin 2-ci rübündən etibarən faiz dərəcələrini azaltmağa başlayacağını təxmin edirik. Həqiqətən də, ABŞ-da iqtisadi yavaşlama bəzi əsas xarici iqtisadiyyatların bərpa olunmağa başladığı bir vaxtda baş verə bilər ki, bu da dollara təzyiq yaradır. Bundan əlavə, ABŞ iqtisadiyyatında yumşaq eniş ssenarisi, inflyasiyada irəliləyiş və aşağı ABŞ gəlirləri ABŞ dolları üçün "təhlükəsiz sığınacaq" dəstəyini pisləşdirə bilər. Bütövlükdə, biz ABŞ dollarının il irəlilədikcə G10 və inkişaf etməkdə olan valyutalara nisbətən yumuşaq şəkildə ucuzlaşacağını gözləyirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















