"PAŞA Kapital" Azərbaycan Maliyyə Forumunda aktiv iştirak edib
PAŞA Kapital İnvestisiya Şirkəti, bu gün keçirilən Azərbaycan Maliyyə Forumunda aktiv iştirak edib.
Əsas müzakirə mövzusu "NAİLİYYƏTLƏR VƏ ÇAĞIRIŞLAR" olan formun təşkilatçılığı Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən həyata keçirilib.
Forum çərçivəsində maliyyə sektorunun inkişafı, rəqəmsallaşma üçün innovativ texnologiyaların tətbiqi kimi mövzular ətraflı şəkildə müzakirə edilib. Məlumdur ki, PAŞA Kapital İnvestisiya Şirkəti öz fəaliyyəti çərçivəsində Azərbaycan kapital bazarları üçün müxtəlif investisiya imkanları təqdim etmiş və hazırda da bunu davam etdirməkdədir. Qeyd edilməlidir ki, şirkət yerli və xarici kapital bazarlarında əldə etdiyi nailiyyətlərlə sektorun lider şirkətləri arasında yer alır.
Əlavə olaraq, forumda Azərbaycan maliyyə sektorunun nailiyyətləri və mövcud vəziyyəti ətraflı şəkildə təhlil edilib, həmçinin ölkə üzrə investisiyaya dair strateji planlar və çağırışlar müzakirə olunub.
Forumun sonunda tədbirin iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi siyasətini dəstəkləyən və onun davam etdirilməsini ifadə edən Bəyanat qəbul olunduğu elan edilib.
Əlaqə üçün: 1548
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
1 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Ən çox oxunanlar
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır

















.jpg)



