Unibankın kapitallaşma proqramı başa çatıb
Unibank kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb.Unibankın ötən il Bankın səhmlərinin geri alınması ilə başlayan və mərhələli şəkildə həyata keçirilən kapitallaşma prosesi, bu ilin sonlarında uğurla başa çatıb. Bankın geri alınmış səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı Bank səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına müvafiq olaraq, qiymətli kağızların dövlət reyestrində hər birinin nominal dəyəri 2,72 manat olan, 4 112 487 ədəd sənədsiz adi adlı səhmlərin (11 milyon 185 min 964,64 manatlıq) dövriyyədən çıxarılması barədə qeydlər aparılıb.
Marja.az xəbər verir ki, bu, Bankın yaydığı məlumatda bildirilir.
Xatırladılıb ki, Bank kapitallaşmanı nəzərdə tutan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb.
Kapitallaşma prosesinin başa çatması nəticəsində bu ilin əvvəlinə bankın nizamnamə kapitalı 19 milyon manata yaxın artıb, ikinci komponent üzrə kapital artımı isə 12 milyon 200 min manat olub.
Qeyd edilib ki, kapitalın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir. Bu proses bankın davamlı inkişafına da öz təsirini göstərib. 2023-cü ilin ilk 9 ayının nəticələrinə görə, Bankın kapital mövqeyi sabit, inkişaflı qalmaqda davam edib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 3-cü rübü ilə müqayisədə 25 % artaraq, 152 milyon manat olub. Bu ciddi artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12.69 % təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 528 milyon manata çatıb.
Məlumatda vurğulanıb ki, Unibank 2023-cü ilin üçüncü rübünün yekununda cəmi gəlirlərini rekord həddə çatdırıb. Bankın cəmi gəlirlər ötəni ilin uyğun dövrü ilə müqayisədə 43 % artaraq, 233 milyon manata çatıb. Hesabat dövründə Bankın əməliyyat mənfəəti də ötən ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq, 49 milyon manata çatıb. Ümumi gəlirlilik səviyyəsinin artması, üçüncü rübün sonuna əldə edilən xalis mənfəətin kəskin artımına imkan yaradıb. Unibank bu ilin ilk 9 ayını 22 milyon manat xalis mənfəətlə başa vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
46 d. əvvəl
Reuters": İran müvəqqəti atəşkəs qarşılığında Hörmüz boğazını açmayacaq
-
56 d. əvvəl
Bakıda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir - Aprelin 7-də gözlənilən hava şəraiti
-
-
1 saat əvvəl
“Norm” şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"PAŞA Bank" tarixi səhm satışı ilə 51,3 milyon manat cəlb etməyi hədəfləyir
-
2 saat əvvəl
PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN İLKİN YERLƏŞDİRMƏ QİYMƏTİ MƏLUM OLDU
-
2 saat əvvəl
"Reuters": İran və ABŞ-a plan təqdim olunub, razılaşma bu gün əldə edilməlidir
-
2 saat əvvəl
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
PAŞA Bank tarixi İPO-ya start verir - 1 SƏHMİN İLKİN YERLƏŞDİRMƏ QİYMƏTİ MƏLUM OLDU
Ən çox oxunanlar
BYD, 2026-cı il üçün ixrac hədəfini 1,5 milyon avtomobilə yüksəldib
Xalq Bank 5 nominasiya üzrə mükafata layiq görülüb
Şahdağda qarın hündürlüyü 1 metri keçib, Bakıya düşən yağıntının miqdarı aylıq normanın 390%-ni təşkil edir
AFB Bank “Həyat yığım hesabı” ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir
Prezident İlham Əliyev Gürcüstana dövlət səfərindədir
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Rəsmi məzənnələr açıqlandı
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın



















