"Rabita Mobile ilə ödə və hədiyyələr qazan" lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi
(®) Rabitəbankın təşkil etdiyi "Rabita Mobile ilə ödə və hədiyyələr qazan" lotereyasının qalibləri artıq məlumdur.
Bank qaliblərlə görüşərək hədiyyələri təhvil verib. Lotereyanın əsas mükafatı olan "Changan Uni-V"nin qalibi Rauf Güləhmədova avtomobilin açarı təqdim edilib. Avtomobil ilə yanaşı qaliblərə "İphone 15 Pro Max", "Samsung Smart TV 65", "Apple MacBook Air", "Samsung 5G Galaxy S23", "Apple Watch Ultra", "PlayStation5", "Samsung Galaxy Watch 5 Pro", "Samsung Galaxy Buds 2 Pro" və "AirPods Pro" da təqdim edilib.
Qeyd edək ki, 15 dekabr tarixində ARB Televiziyasında və Rabitəbankın "Facebook" və "YouTube" səhifələrində canlı yayımda keçirilmiş lotereya tirajı zamanı 55 qalib seçilib. Qaliblər Rabitəbanka məxsus xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında şəffaf şəkildə müəyyənləşib. Qeyd edək ki, sentyabrın 1-dən noyabrın 30-na kimi "Rabita Mobile" tətbiqi üzərindən ödəniş edənlər stimullaşdırıcı lotereyanın iştirakçısı olublar.
İnnovativ həllər təklif edən “Rabita Mobile” tətbiqi dünyanın istənilən nöqtəsində bank xidmətlərindən rahat şəkildə istifadə etməyə imkan verir. Tətbiq vasitəsilə banka getmədən 700-dən çox ödənişi, 200-dən çox ölkənin kartına sərfəli pul köçürmələri, kredit ödənişi, toplanılan ƏDV-ləri komissiyasız nağdlaşdırmaq kimi xidmətlərdən istifadə etmək mümkündür. Bundan başqa, “Rabita Mobile” tətbiqinə əlavə edilmiş “TezÖdə” funksiyası ilə parkinq ödənişlərini növbə gözləmədən rahat şəkildə etmək mümkündür.
"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 30 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb


























