"Azərbaycanın kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı imkanı yaranıb"
Azərbaycanda istehsal olunan, akvakulturada yetişdirilən balıqlardan əldə olunan kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixrac edilməsi imkanı əldə olunub.
Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 19-da Bakıda keçirilən “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”nın (CACFish) 8-ci Sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, balanslı qidalanma üçün ölkənin su bioresurslarından faydalanma yollarının inkişaf etdirilməsi gələcək nəsillərə təhlükəsiz və əlçatan qidanın ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir:
"Qidalılıq dəyəri yüksək olan balıqçılıq və digər su bioresursları məhsulları Azərbaycanda ərzaq probleminin həllində aktual məsələlərdən hesab edilir. Ərzaq təhlükəsizliyi ilə yanaşı, ölkəmizdə balıqçılıq və digər su bioresursları məhsullarının istehsalının və ixracının artırılması ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Balıqçılıq və digər su bioresursları məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi aktların, o cümlədən standartların, norma və qaydaların Kodeks Alimentarius Komissiyasına, digər beynəlxalq standartlara və tələblərə uyğunlaşdırılmasının təmin edilməsi prioritet istiqamətlərdən hesab edilir".
Q.Təhməzli bildirib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” qanundan irəli gələn tələblərin yerinə yetirilməsi nəticəsində sözügedən məhsullara dair qida təhlükəsizliyinin təmin edilməsi, qida zəncirinə dövlət nəzarəti və digər sahələr üzrə uğurlar əldə olunub:
"HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin məcburi tətbiqinə dair texniki normativ hüquqi akt layihəsi hazırlanıb. Belə ki, istehsal və emal fəaliyyətini həyata keçirən iri sahibkarlıq subyektləri “Qida təhlükəsizliyi haqqında” Qanun qüvvəyə mindikdən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini tətbiq etməlidirlər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizin ixrac potensialını yüksəltmək və respublikamızda istehsal olunan qida məhsullarının Avropa bazarına çıxarılmasını asanlaşdırmaq məqsədilə həyata keçirilən tənzimləmə və nəzarət tədbirləri çərçivəsində Azərbaycanda istehsal olunan, akvakulturada yetişdirilən balıqlardan əldə olunmuş kürü məhsullarının Avropa İttifaqı ölkələrinə ixrac edilməsi imkanı əldə olunub".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)

