On minlərlə insan sifarişini ləğv edib
63 min nəfər "Tesla Model 3" sifarişini ləğv edib
"Marja" xəbər verir ki, Tesla-nın İcraçı direktoru Elon Musk, şirkətin maliyyə göstəricilərini açıqlamaq üçün keçirdiyi mətbuat konfransında yeni "Model 3" sifarişi verən 518 min nəfərdən 63 mininin sifarişini ləğv etdiyini deyib. Beləliklə, "Model 3" üçün sifariş sayı 455 min nəfərə düşüb.
Ancaq Musk, ləğvlərin çox da əhəmiyyətli olmadığını, çünki şirkətin "Model 3" üçün cümə günündən bu yana gündə orta hesabla 1800 sifariş aldığını söyləyib.
Musk, avtomobili almaq üçün lazım olan müddətin uzunluğu səbəbilə bu ləğvlərin ola biləcəyini deyərək, "Bu, sanki bir restoranda əyləşərək bir hamburqer sifariş etməyiniz kimidir. Amma bunun üçün 1.5 saat gözləməyiniz lazımdır" ifadəsini istifadə edib.
Model 3 almaq üçün hazırda depozit yatıranların avtomobilə sahib olmaq üçün 2018-ci ilin sonlarını gözləməsi lazımdır.
Tesla, digər avtomobil istehsalçılarından fərqli olaraq ön sifariş üsulu ilə işləyir. Yəni, Tesla həvəskarları, öncədən sifariş verərərk avtomobili əldə edirlər.Teslanın internet saytından qeydiyyatdan keçb, min dollar ödəyərək sıra nömrəsi almaq mümkündür. Maşınınıza qovuşmaq üçün 12- 18 ay gözləyə bilərsiniz.
"Tesla Model 3"ün rəsmi təqdimatı ötən həftə keçirilmişdi və ilk 30 maşın sahiblərinə təslim edilmişdi. Sentyabr ayının sonuna kimi daha 1500 avtomobilin təslim edilməsi hədəflənir. Bu rəqəmin ilin sonuna qədər 20 min vasitəyə çıxması gözlənilir.
"Tesla Model 3", elektirikli avtomobilləri bir addım irəli aparıb. Əvvəlki versiyalara görə, həm qiyməti düşüb, həm mənzili, həm də sürəti artıb.
Elektromobilin qiyməti 35 min dollardan başlayır. Əvvəlki versiya "Model S"in qiyməti isə 69 min 500 dollar idi. "Model 3"ün mənzili 354 km-dir.
Daha çox mənzil istəyənlər üçün "Long Range" versiyası da mövcuddur. Təxminən 500 km mənzili olan bu modelin qiyməti 44 min dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)






