İnnovasiya müsabiqəsinin qalibləri elan olunub - SİYAHI
Bakıda keçirilən “InMerge İnnovasiya Sammiti” çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
Ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq məqsədilə keçirilən müsabiqə 13 nominasiya üzrə aparılıb.
Bakı Konqres Mərkəzində baş tutan mərasimdə ictimai səsvermə və münsiflər heyətinin dəyərləndirmələrinin nəticələrinə əsasən müvafiq nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.
“İlin Startapı” nominasiyası üzrə “Epoint”
“İlin İKT Sahibkarı” nominasiyası üzrə Zeynal Kərimzadə
“İlin Kəşfi” nominasiyası üzrə “Nexus Lab”
“Ekosistemin Lokomotivi” nominasiyası üzrə Mübariz Şahbazlı
“İlin Ekosistem Oyunçusu” nominasiyası üzrə “SABAH.HUB”
“İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə “Ünvanlı dövlət sosial yardımı”
“İlin Texnologiya Mediası” nominasiyası üzrə “Tech.az”
“İlin Bacarıq Gücü” nominasiyası üzrə “Baku Design Academy”
“İKT-də İlin Qadını” nominasiyası üzrə Səmayə Həbibova
“İlin Texnologiya İxtiraçısı” nominasiyası üzrə Ceyhun Xəlilov
“İlin Texnologiya Tədbiri” nominasiyası üzrə “BakuID”
“İlin Texnologiya İcması” nominasiyası üzrə “FemTech”
“İlin Texnopark Rezidenti” nominasiyası üzrə “Simbrella Bakı”LLC qaliblər sıransında yer alıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva qaliblərə mükafatlar və xatirə hədiyyələri təqdim edib. Eyni zamanda “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən bütün qaliblərə bir il ərzində biznes səyahətləri üçün pulsuz aviabiletlər təqdim edilib.
Qeyd edək ki, 12 sentyabrda start götürən müsabiqədə nominantlar idda.awards.az saytından qeydiyyatdan keçərək namizədliklərini irəli sürüblər. Müraciət edən 161 namizəd ictimai səsvermədə iştirak edərək toplam 31 mindən çox səs toplayıb. Bu mərhələdə ən yüksək nəticə göstərən 5 namizəd münsif dəyərləndirməsi mərhələsinə vəsiqə qazanıb. “IDDA Awards”ın münsiflər heyətinin nümayəndələri arasında Elvin Abbasov, Leyla Bağırzadə, Vüsal Xəlilov, Zaur Ünsizadə, Sanya Kumari və Leyla Hacıyeva yer alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)






.jpg)


