Deutsche Bank-dan FED-in faizləri ilə bağlı PROQNOZ
Deutsche Bank iqtisadçıları bildirirlər ki, ABŞ-da tənəzzül olarsa, FED gələn il faizlərini 1,75 bənd azaldacaq.Gələn ilin ilk yarısında ABŞ-da mülayim tənəzzül baş verəcəyi üçün ABŞ Mərkəzi Bankı (FED) uçot dərəcəsini bazarların hazırda ehtimal etdiyindən daha kəskin azaldacaq.
Marja.az xəbər verir ki, bunu Deutsche Bank-ın iqtisadçıları proqnozlaşdırıblar.
Deutsche Bank iqtisadçıları faiz dərəcələrinin azaldılmasının 2024-cü ildə 1,75 faiz bəndi olacağını proqnozlaşdırıblar.
FED-in faiz dərəcəsi hazırda 5,25 faiz-5,50 faiz aralığındadır. Əgər Deutsche Bank iqtisadçılarının proqnozu özünü doğruldarsa FED-in faizləri 3,5 faiz-3,75 faiz aralığına enəcək.
Deutsche Bank-ın yüksək səviyyəli meneceri Brett Ryan, Deutsche Bank-ın 2024-cü ilin birinci yarısında ABŞ-da mənfi iqtisadi artım gözlədiyini bildirib. Bu da işsizlik səviyyəsinin hazırkı 3,9 faizdən gələn ilin ortalarında 4,6 faizə qədər yüksəlməsinə səbəb olacaq.
Deutsche Bank, FED-in 2024-cü ilin iyununda keçiriləcək iclasında faizlərində ilkin 0,50 bənd, ardınca isə ilin qalan hissəsində əlavə 1,25 bəndi endirim gözləyir.
FED-in 2022-ci ilin mart ayından etibarən faiz dərəcələrini 5,25 baza bəndi artırmasına baxmayaraq, ABŞ iqtisadiyyatında tənəzzül baş verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)


