Rəhbərlik üçün 74 min manatlıq, əlillər üçün 14 min manatlıq avtomobillər alınıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Minik avtomobillərinin satın alınması" ilə bağlı tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderin qalibi "Toyota Abşeron Mərkəzi" MMC-dir. Dövlət Xidməti qalib şirkət ilə məbləği 296 min 350 manat olan müqavilə imzalayıb. Müqavilə 4 ədəd sedan avtomobilin (215 at gücündə 2,5 litr mühərriklə təchiz olunmuş, dəri oturacaqlı v s.) satın alınmasını nəzərdə tutur. Bir avtomobil orta hesabla 74 min 87,5 manata alınıb.
Müqayiə üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi oktyabr ayında xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslər üçün hər biri 14 min manatdan 192 ədəd avtomobil almışdı. Bunun üçün yerli istehsalçı olan "Azərmaş Alyans" MMC şirkətinə 2 milyon 688 min manat ödənilmişdir. Ötən il əlillər üçün avtomobillər orta hesabla 12,5 min manata alınmışdı.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli istehsalın artırılması üçün dövlət məmurlarına yerli istehsal olan avtomobilləri almalarını tövsiyə etmişdir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat sonra
- 24 d. əvvəl
-
- 34 d. əvvəl
- 41 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
10 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Ən çox oxunanlar
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb






.jpg)









.jpg)

