Aqrar Sığorta Fondunun rəhbərliyi beynəlxalq təkrar sığorta şirkətləri ilə görüşlər keçirib
ASF-nin İdarə Heyətinin sədri Fuad Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti "Kənd Təsərrüfatı Sığortaçılarının Beynəlxalq Assosiasiyası"nın (AIAG) 37-ci Beynəlxalq Konqresində iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olub.
Fondun yaydığı məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti İsveçrə, Almaniya, Türkiyə və digər ölkələrin iri təkrar sığorta şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycanda kənd təsərrüfatı riskləri, tətbiq edilən aqrar sığorta modeli, onun iş prinsipi, əhatə etdiyi predmetlər və qarşıladığı risklər, eləcə də sistemin inkişafı ilə bağlı məlumat verilib. Aqrar Sığorta Fondu ilə beynəlxalq təkrarsığorta şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Aqrar Sığorta Fondu ilə Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM-in rəhbərliyi arasında keçirilən görüşdə iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura üzrə riskləri sığortalayır. Fondun riskləri Almaniya, İsveçrə, Türkiyə və Azərbaycanın təkrar sığorta şirkətləri tərəfindən hər il sığortalanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)



