SOCAR nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib
13-17 noyabr 2023-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Nümayəndə heyəti ilk öncə Çin Neft Universitetinin Tarix Muzeyi və laboratoriyası ilə tanış olub.
Çin Neft Universitetinin rektoru professor Vu Siaolin və universitetin pedaqoji heyəti ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin birgə səyləri nəticəsində bu gün ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda, müasir dövrdə ölkələrimiz arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərimizin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən nümayəndə heyəti 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu bildirib və bu münasibətlə il ərzində SOCAR tərəfindən müxtəlif sahələrdə keçirilən silsilə tədbirlər haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə, Bakı Ali Neft Məktəbi (BANM) və Çin Neft Universiteti arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb. Bu xüsusda, bərpa olunan enerji və süni intellekt sahələrində birgə fəaliyyətə böyük dəyər verildiyi qeyd edilib. Bir neçə ay bundan əvvəl BANM-da təşkil edilən təcrübə mübadilə proqramına qatılan çinli tələbələrin, orada qazandıqları təcrübədən xoş təəssüratlarla geri döndükləri bildirilib.
Görüşün sonunda BANM ilə Çin Neft Universiteti arasında birgə tədqiqat fəaliyyəti, müəllim və tələbə mübadiləsi, tədris və elmi materialların mübadiləsi, elmi forum və konfransların təşkilini nəzərdə tutan əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin iki universitet arasında gələcək əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyi xüsusilə qeyd edilib.
Daha sonra, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Çin Neft Universitetində təşkil olunan, Ulu Öndərin ölkəmizin neft-qaz sənayesinin inkişafına göstərdiyi yüksək diqqəti əks etdirən nadir fotoların da yer aldığı sərginin açılış mərasimi keçirilib. Sərginin açılışında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə davamlı inkişafı üçün sağlam təməllərin qoyulduğu qeyd edilib. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının ölkəmizin hərtərəfli inkişafında mühüm rolundan, Ulu Öndərin Azərbaycan neftçilərinə göstərdiyi qayğıdan bəhs olunub. Açılışda Çin Xalq Respublikasında təşkil olunan sərginin dost Çin xalqının Azərbaycanın Ümummilli Liderinə olan sonsuz hörmətinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Ulu Öndər kimi dahi şəxsiyyətə həsr olunan sərginin universitətdə təşkilinin təhsil ocağı üçün vacibliyi vurğulanıb.
Səfər çərçivəsində nümayəndə heyəti, eləcə də “Huawei” şirkətinin Pekin Sərgi Mərkəzi ilə tanış olub və şirkətin rəhbər heyəti ilə ikitərəfli görüş keçirib. Görüşdə “Huawei” Akademiyasının dəstəyi ilə BANM-də yaradılacaq kompüter şəbəkə laboratoriyasının əhəmiyyəti vurğulanıb, müasir avadanlıqla təchiz edilən laboratoriyanın gələcək fəaliyyəti müzakirə edilib.
Görüşdə, həmçinin Çinin aparıcı informasiya texnologiyaları şirkəti olan “Huawei” ilə 2019-cu ildən faydalı əməkdaşlığın həyata keçirildiyi bildirilib. Əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə SOCAR-ın Bakı Ali Neft Məktəbində müəllim və tələbələr üçün informasiya texnologiyaları sahəsində müxtəlif modulların onlayn tədrisinə xidmət edəcək “Huawei IT Akademiyası”nın fəaliyyətə başlaması, həmçinin kompüter şəbəkələri laboratoriyasının qurulmasına verdikləri dəstəyə görə "Huawei" şirkətinin rəhbərliyinə təşəkkür edilib, gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
27 d. əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
1 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
4 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
4 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























