Aqrar Sığorta Fondu işə qəbul imkanı ilə - Yüksək Təqaüdlü Təcrübə Proqramına başlayır
Azərbaycanda kənd təsərrüfatı risklərinin sığortası üzrə fəaliyyət göstərən dövlət qurumu - Aqrar Sığorta Fondu tələbə və məzunlar üçün yeni yüksək təqaüdlü təcrübə proqramına başlayır.
Proqrama əsasən təcrübəçilər proqramın davam etdiyi 3-6 ay ərzində Aqrar Sığorta Fondunun baş ofisində çalışacaq, maliyyə, risk menecmenti, biznes analitika, riyazi biliklərin maliyyə sektoruna tətbiqi kimi müasir və olduqca perspektivli sahələrdə fəaliyyətlə məşğul olacaqlar.
Təcrübə proqramında yaşı 18-dən 30-dək olan, maliyyə, iqtisadiyyat, mühasibatlıq, riyaziyyat və hüquqşünaslıq ixtisasları üzrə bakalavr təhsili almış və ya magistratura pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər.
Proqrama müraciət edən namizədlər Microsoft Excell, Word, PowerPoint, Prezi proqramlarında işləmək bacarığına, eləcə də analitik düşüncəyə malik olmalıdırlar. Namizədlərin ingilis və türk dili yüksək səviyyədə olmalı, rus dili üzrə bilikləri isə arzuolunandır.
Eyni zamanda iştirakçılar komandada işləmək, ünsiyyət qurmaq bacarığına malik və stressə davamlı olmalıdırlar.
Proqram müddətində təcrübəçilər ölkəmizdə tətbiq edilən aqrar sığorta mexanizmini, bu sahədəki qabaqcıl dünya təcrübəsini dərindən öyrənmək, malik olduqları ixtisasların bu prosesdə tətbiqi ilə tanış olmaq və biliklərini müasir tələblərə uyğun şəkildə inkişaf etdirmək imkanı qazanacaqlar.
3 və 6 ay müddətində təşkil olunacaq proqram dövründə iştirakçılara müvafiq ödənişlər ediləcək, proqramda iştirakı ilə bağlı sertifikat təqdim olunacaq.
Təcrübə proqramını uğurla keçən namizədlərin Aqrar Sığorta Fondunda işə qəbul olunması məsələsinə baxılacaq.
Proqrama qatılmaq istəyən və yuxarıda göstərilən keyfiyyətlərə malik olan enerjili və sığorta sahəsinə maraqlı namizədlərdən öz CV-lərini “Təcrübə proqramı” mövzusu ilə “[email protected]” elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)










.jpg)
