Google duzla dünyanı dəyişdirəcək
"Google"ın ana şirkəti "Alphabet", kod adı "Malta" olan nəhəng bir layihə üzərində çalışır.
"Marja" xəbər verir ki, Dünyanı dəyişəcəyi iddia edilən bu yeni texnologiya, avtonom avtomobil layihəsi üçün qurulan X Laboratoriyasında kəşf olunub.
Bərpa olunan enerjini yığmağı təmin edəcək bu yeni texnologiya üçün istifadə ediləcək materiallar isə olduqca maraqlıdır. Duz və antifriz istifadə edilərək litium ion batareyalardan daha uzun və daha ucuz şəkildə enerji toplanacaq. Beləliklə, enerji israfının da qarşısı alınacaqdır. X Laboratoriyana rəhbərlik edən Obi Felten bildirib ki, Simens, ABB və General Electric ilə birgə işləyəcəklər.
GECƏ TƏLƏB DÜŞÜR
Mütəxəssislərin proqnozlarına görə, hazırda üzərində çalışılan layihə 2024-cü ildə 40 milyard dollarlıq bir bazara çevriləcək. Hazırda ildə 790 meqavat enerji toplanır. Yeddi il ərzində bu rəqəmin 45 gigavata çatacağı ehtimal edilir. Hazırda mövcud olan sistemlər gündüzlər bərpa olunan enerji mənbələrindən alınmış elektrik enerjisini yığrlar, lakin gecə tələbat az olduğu üçün enerjinin çoxu itirilir. Təkcə Kaliforniyada saxlana bilinməməsi səbəbindən günəş və külək stansiyalarındakı 300 min meqavatlıq enerji boşa gedir. Bu miqdar on minlərlə evin elektrik enerjisini təmin edəcək böyüklükdədir. Almaniyada külək enerjisinin 4%-i boşa gedərkən, bu rəqəm Çində17%-ə qədər çıxır.
NƏHƏNG QURĞULARIN YANINA QURULACAQ
Böyük sənaye müəssisələrinin, stansiyaların və data mərkəzlərinin yanına qurula bilinəcək sistem, siloslara duz və antifriz və ya nağd karbohidrogen doldurularaq hazırlanır. Daha sonra soyuduculardakı sistemə bənzər bir şəkildə elektriki içəri qəbul edərək isti və soyuq hava istehsal edir. Duzu qızdırıb, havanı da antifrizlə soyudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























