“Bank Respublika"nın nizamnamə kapitalı artırılır - YENİ SƏHMLƏRİ BİRJADA LİSTİNQDƏ
“Bank Respublika” ASC-nin səhmləri listinqə alınıb.3 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Bank Respublika" ASC-nin ümumi dəyəri 500 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
Maja.az Birjaya istinadən xəbər verir ki, adi adlı, sənədsiz, səhmlərin sayı 204 082 ədəd, hər birinin nominal dəyəri 2,45 manatdır.
Abunə yazılışının müddəti 20.11.2023-30.11.2023-cü il tarixləridir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “ Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Yerləşdirmə uğurla yekunlaşarsa "Bank Respublika"nın nizamnamə kapitalı 73 milyon 961 min manata yüksələcək. 30 sentyabr 2023-cü il tarixində Bankın nizamnamə kapitalı 73 milyon 461 min 90 manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























