Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 11%-dən çox artıb
“İxrac icmalı”nın noyabr sayının ilkin rəqəmləri açıqlanıb2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1% artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.
Marja.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın noyabr sayına əsasən xəbər verir.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 706,9 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk 10 ayı ərzində spirtli və spirtsiz içkilərin, elektrik enerjisinin ixracı 2,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 24,6%, qara metallardan məmulatların ixracı 19,8%, meyvə-tərəvəz ixracı isə 11,5% artıb.
2023-cü ilin yanvar-oktyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2 % artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 162,7 milyon ABŞ dolları təşkil edib.
Cari ilin oktyabr ayının qeyri-neft ixracı 15,4% artaraq 278,2 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 24,1% artımla 90,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6% artımla 187,7 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













.jpg)

