ABŞ-da kənd təsərrüfatı xaric məşğulluqda artım proqnozdan aşağıdır
ABŞ-da oktyabr ayı üzrə kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatları dərc olunub.
Marja.az xəbər verir ki, oktyabr ayında ABŞ-da kənd təsərrüfatı xarici məşğulluq 150 min artıb, işsizlik nisbəti 3,9% təşkil edib.
Aylıq saatlıq maaş 0,2%, illik isə 4,1% artıb.
Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntisi məşğulluq artımının 180 min olacağı idi. Eyni dövrdə işsizliyin 3,8% səviyyəsində qalacağı təxmin edilmişdi. Orta saatlıq maaşda aylıq 0,3 faiz, illik müqayisədə 4 faiz artım gözlənilirdi.
Sentyabr ayı üçün açıqlanan 336 min artım rəqəmi 297 minə revizə edilib.
Açıqlanan göstəricilər məşğulluq bazarında zəifləmədən xəbər verir.
Məşğulluq məlumatlarının əsas göstəricilərindən biri olan ADP məlumatları, ABŞ-da şirkətlərin oktyabr ayında 113 mindən 150 minə qədər gözləntilərdən aşağı məşğulluq yaratdığını ortaya qoyub.
Həftəlik işsizlik müavinəti müraciətləri oktyabr ayında 217 min ilə proqnozlardan bir qədər yuxarı qalxıb, davam edən işsizlik müraciəti iddiaları ardıcıl altıncı həftədir artıb. Bu, işini itirənlərin yeni iş tapmaqda daha çox çətinlik çəkməyə başladığından xəbər verir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
2 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Ən çox oxunanlar
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı




















