Türkiyə Mərkəzi Bankı 2023-cü ilin sonu üçün inflyasiya proqnozunu yeniləyib
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Hafize Gaye Erkan 2023-cü il üçün inflyasiya proqnozlarını 58%-dən 65%-ə qaldırdıqlarını açıqlayıb. 2024-cü il üçün inflyasiya proqnozu 33 faizdən 36 faizə yüksəldilib.Türkiyə Mərkəzi Bankı 2023-cü ilin sonu üçün inflyasiya proqnozunu 65%-ə düzəldərək yeniləyib.
Marja xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Bankın sədri Hafizə Qaye Erkan ölkə iqtisadiyyatındakı vəziyyətlə bağlı hesabatı təqdim edərkən deyib.
"Mərkəzi Bank bu ilin sonu üçün orta inflyasiya proqnozunu 65%-ə düzəldib. 2024-cü ildə inflyasiya səviyyəsini 36%, 2025-ci ildə 14% gözləyirik" - deyə o bildirib.
Erkan xatırladıb ki, Mərkəzi Bankın iyul ayı hesabatında illik inflyasiyanın 58% olacağı proqnozlaşdırılıb. Onun sözlərinə görə, proqnoza yenidən baxılmasına “son aylardakı inflyasiyanın səviyyəsinin gözləntiləri üstələməsi” təsir edib, baxmayaraq ki, artıqlıq tempi hələ də hər ay yavaşlayır.
"Pul siyasətimizin sərtləşdirilməsinin kumulyativ effekti tədricən görünməyə başlayır. İnflyasiyanın düşməsi prosesinin 2024-cü ilin ikinci yarısında başlayacağını gözləyirik. Artıq daxili tələbin sabitləşməsi ilə bağlı siqnallar alırıq", - deyə Erkan deyib.
O qeyd edib ki, geosiyasətlə bağlı dünya enerji qiymətlərinin dəyişkənliyi də iqtisadiyyata mənfi təsir göstərir və neft və qaz qiymətləri ilə bağlı proqnozlar hələ də qeyri-müəyyəndir.
Mərkəzi Bankın rəhbəri həmçinin bildirib ki, Türkiyədə pul kütləsinin sterilizasiyası tədbirləri çərçivəsində tənzimləyici “tədavüldən 700 milyard türk lirəsini (təxminən 25 milyard dollar) çıxarıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
- 23 d. əvvəl
- 32 d. əvvəl
-
43 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 47 d. əvvəl
-
59 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)




.jpg)









.jpg)
