Şahdəniz yatağından qaz hasilatı 2 milyard kubmetr artıb
2023-cü ilin üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
Marja.az bu barədə bp-nin Bakı ofisinin Biznes əməliyyatları hesabatına istinadən xəbər verir.
Qeyd edilib ki, ilin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 27 milyon barel) kondensat hasil edilmişdir. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72,1 milyon (ildə təqribən 26,3 milyard) standart kubmetrdir.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 18 milyard standart kubmetr qaz və 3 milyon tondan artıq (təqribən 27 milyon barel) kondensat hasil edilmişdi. Mövcud Şahdəniz qurğularının hasilat gücü gündə təxminən 73 milyon (ildə 26,5 milyarddan artıq) standart kubmetr olmuşdu.
Şahdəniz 2 layihəsi
Hesabatda qeyd edilib ki, 2023-cü ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləmişdir.
Bu cinahdan hasilatın başlanması üçün quraşdırma və sınaq işləri həm sualtı, həm də Şahdəniz Bravo platformasında üst modullarda davam etmişdir. Layihə çərçivəsində şərq-şimal cinahının istismar sınaqlarına gəmidən dəstək işləri tamamlanmışdır və hazırda bütün sistemin təhvil verilməsi üçün platformada aparılan istismar sınaqları davam edir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)







.jpg)




