Maliyyə Nazirliyinin 90 milyon manat cəlb edəcəyi elan edildi
Maliyyə Nazirliyinin 1092 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir7 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
"Marja" Birjaya istinadən xəbər verir ki, ərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201040273
Emissiya həcmi: 90 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 1092 gün
Faiz ödənişləri: 07 may 2024-cü il, 05 noyabr 2024-cü il, 06 may 2025-ci il, 04 noyabr 2025-ci il, 05 may 2026-cı il, 03 noyabr 2026-cı il
Faiz gəliri: 7%
Ödəmə tarixi: 03.11.2026
Anderrayter:“PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 22 saat sonra
-
- 22 d. əvvəl
- 27 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
3 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
-
3 saat əvvəl
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
-
4 saat əvvəl
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
"AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb"
"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"


























